Aaaaaviasales.az
Aaaaaviasales.az
June 20, 2025 at 11:37 AM
🌞Günəş yanığının ilk əlamətləri günəş altında qalmaqdan 3-4 saat sonra üzə çıxır. Yüngül yanığı 5-7 gün ərzində ev şəraitində müalicə etmək mümkündür. Daha ağır simptomlar olduqda isə dərhal həkimə müraciət etmək məsləhətdir. 🚨ÖZÜMÜZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRİK? Dərinin yanan hissəsini soyutmaq lazımdır. Qabarcıq olduğu zaman buzdan istifadə etmək olmaz. Ən yaxşısı – soyuq duş alın. (Dəsmalla qurulanmayın, dəriniz özü qurusun) Ardınca zədələnmiş dərini sakitləşdirmək lazımdır. Bunun üçün ən yaxşı seçim – aloe gelidir. Effekti artırmaq üçün geli soyuducuda saxlamaq olar. Ağrını azaltmaq üçün qeyri-steroid tərkibli iltihabəleyhinə preparatlar, şişmənin qarşısını almaq üçün isə antihistamin dərmanları qəbul edə bilərsiniz. 😩NƏ ETMƏK OLMAZ: Məlhəmlər, yağlar, dekorativ kosmetika, sabun və spirt istifadə etmək olmaz. Həmçinin nənə-babalarımızın sevimli üsulu – xama yaxmaq da tövsiyə olunmur, çünki beləcə bakteriyaların çoxalması üçün əlverişli mühit yarana bilər. (“Boş söhbətdir” ©️nənələr) Ümumilikdə, çoxlu su içməyi, kətan parçadan olan geyimlər geyinməyi və günəşdən qoruyucu vasitələri tövsiyə edirik 💙
👍 2

Comments