Banker.az
Banker.az
June 18, 2025 at 10:25 AM
💸📍Azərbaycanda kazino oyunlarına icazə ilə bağlı bəzi detallar müəyyənləşib: ● Ölkədə kazino oyunları yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə biləcək. ● Kazino oyunlarının təşkili üçün lisenziya tələb olunur, bu lisenziyanın dövlət rüsumu 340 min manat təşkil edəcək. Bu lisenziya hər il yenilənməlidir. ● Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsilə təşkilinə yol verilməyəcək. ● 21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. ● Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmayacaq.

Comments