
Musavat.com
June 18, 2025 at 06:56 AM
🟩 *Xameneinin “Xeybər” şifrəsi - 628-ci ildə nə olmuşdu!*
🔥 *İranın ali dini lideri dini-siyasi cihad çağırışına mı hazırlaşır?*
🇮🇷 İranın ali dini lideri Ayətullah Əli Xamenei Trampın 24 saatlıq ultimatumundan dərhal sonra X hesabında bu dramatik və şifrəli mesajı paylaşdı:
🗡️ “به نام نامی حیدر، نبرد آغاز میگردد، علی با ذوالفقار، به خیبر باز میگردد”
👉 Tərcüməsi: “Heydərin mübarək adı ilə döyüş başlayır, Əli Zülfüqarı ilə Xeybərə qayıdır.”
📜 Bu mesajda üç tarixi-dini simvol var: Heydər (Həzrət Əli), Zülfüqar (onun ikibaşlı qılıncı) və Xeybər (İslam tarixində yəhudi qalasının fəthi).
💣 Bu, sadəcə poetik ifadə deyil – İranın ideoloji savaş bəyanatıdır. Xamenei bu misralarla ABŞ və İsrailə açıq siqnal göndərir: müqavimət bitmir, başlayır!
📎 *Təhlilli yazı*:
https://musavat.com/news/xameneinin-xeyber-sifresi-iranin-ali-dini-lideri-dini-siyasi-cihad-cagirisina-hazirlasir-tehlil_1177656.html
📲 https://t.me/TVmusavat
