
Musavat.com
June 18, 2025 at 04:57 PM
📢 *Avropa liderlərinə “lakey” söylətdirən Tramp-Putin tandemi və dünyanı gözləyən fəlakət*
❌❌❌
❇️ _Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin etika və elementar tərbiyədən uzaq şərhləri, təhdidləri, söyüşləri artıq hamı üçün adi təsir bağışlayan bir məsələdir. Sonuncu açıqlamasında isə müəyyən dərəcədə fərqli bir yanaşma diqqəti cəlb etdi. Kanadada iki gün əvvəl baş tutmuş G7 liderlərinin görüşünə münasibət bildirən Medvedyev bu dəfə ABŞ prezidenti Donald Trampı tərifləyib, eyni zamanda ənənəsinə sadiq qalaraq başqa liderləri “lakey” adlandırıb._
⤵️⤵️⤵️
👉https://musavat.com/news/avropa-liderlerine-lakey-soyletdiren-tramp-putin-tandemi-ve-dunyani-gozleyen-felaket_1177855.html
