Musavat.com
Musavat.com
June 19, 2025 at 01:49 PM
📢 Ayətullah Sistanidən İsrailə sensasion xəbərdarlıq: “Xameneini vurma, yoxsa…” Musavat.com xəbər verir ki, İraqın ali şiə dini lideri Ayətullah Əli Sistani İran–İsrail qarşıdurması fonunda önəmli və sərt açıqlama ilə çıxış edib. ⚠️ O bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Xameneinin fiziki hədəfə çevrilməsi Yaxın Şərqdə nəinki münaqişəni alovlandırar, bölgəni tam xaosa sürükləyə bilər. 🗣 “Bu təxribat minlərlə insanın ölümünə, regional sabitliyin dağılmasına və görünməmiş miqyasda siyasi-hərbi fəlakətə yol aça bilər. Təkcə İran yox, bütün İslam dünyası sarsılar,” – deyə Sistani bildirib. 📍 Bu bəyanat İsrailin müdafiə naziri İsrael Kacın Ayətullah Xameneini “artıq mövcudluğu davam etməməli fiqur” kimi təqdim etməsindən sonra verilib. 🔗 Ətraflı: https://musavat.com/news/ayetullah-sistaniden-israile-sensasion-xeberdarliq-xameneini-vurma-yoxsa_1178098.html https://t.me/TVmusavat
Image from Musavat.com : 📢 Ayətullah Sistanidən İsrailə sensasion xəbərdarlıq: “Xameneini vurm...
👍 1

Comments