BAKU TV
                                
                            
                            
                    
                                
                                
                                June 20, 2025 at 02:15 PM
                               
                            
                        
                            🇦🇿🇨🇳‼️Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənəcək
Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.
Belə ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü onlayn iclasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Sənəd müzakirələrdən sonra Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunub.