
BAKU TV
June 21, 2025 at 05:58 AM
*📢 Bu gün keçiriləcək “UFC Fight Night" (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq*
Bu barədə "Report'"a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq:
"Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq".