
BAKU TV
June 21, 2025 at 10:22 AM
*‼️🔴Azərbaycanın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub*
"Report" xəbər verir ki, qondarma rejimin “rəhbəri olmuş” təqsirləndirilən şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını bildirib.
B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial müdafiə nazirliyi” məşğul olub. “Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki birinci müharibədən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs layihənin uğurla başa çatmadığını da bildirib.