
BAKU TV
June 21, 2025 at 03:13 PM
🇮🇷 *İran parlamenti sədrinin müşaviri kəşfiyyatın uğursuzluğunu etiraf etdi: "Bir saat ərzində bütün komandirlər öldürüldü"*
İran parlamentinin sədri Məhəmməd Qalibafın müşaviri ölkənin milli təhlükəsizlik sistemində genişmiqyaslı məlumat sızmasının baş verdiyini bildirib. Onun sözlərinə görə, İsrailin son hücumları nəticəsində bütün yüksək rütbəli komandirlər bir saat ərzində həlak olublar.
_"Aydındır ki, bizdə təhlükəsizlik və kəşfiyyat sahəsində böyük məlumat sızması olub - bunu inkar etmək olmaz. Bütün yüksək rütbəli komandirlərimiz bir saat ərzində öldürülüb",_ - o qeyd edib.
Müşavir həmçinin vurğulayıb ki, ən böyük uğursuzluq İranın xüsusi xidmət orqanlarının İsrailin əməliyyata aylarla hazırlaşmasını müəyyən edə bilməməsi olub:
_"İran aylarla İsrailin ölkəyə raket və dron hissələri gətirməsini və hücuma hazırlaşmasını aşkar edə bilmədi"._
Mənbə: minval.az