
BAKU TV
June 21, 2025 at 07:23 PM
*Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb*
Bu barədə İstanbul Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, F.Altaylı özünün “YouTube” kanalında bu il iyunun 20-də Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib. Bununla bağlı olaraq jurnalist haqqında istintaq başladılıb və o, saxlanılıb.
Mənbə: “Haber Global”
