III QRUP ✅ - M.Aysu
III QRUP ✅ - M.Aysu
June 20, 2025 at 12:49 PM
*✅QEYD✅* 🔹1.hər, bütün, filan, həmin, kim isə, nə isə əvəzlikləri _hallanmır_ 🔸2. eyni, öz, elə, belə əvəzlikləri isimləşdikdən(yəni mənsubiyyət şəkilçisi qəbul etdikdən) sonra hallanır. 🔹3. kim isə, nə isə, bu, həmin, hər, bütün, filan _mənsubiyyətə görə dəyişmir._ 🔸4. hamı, hərə, bəzi əvəzlikləri bütün şəxslərin cəminə aid mənsubiyyət şəkilçisini qəbul edir. 🔹5."isə" hissəciyi və -sa? -şərt şəklinin şəkilçisi qoşulduğu söz (söz birləşməsi) budaq cümlənin xəbəri olur. Yəni həmin hissəcik və şəkilçinin işləndiyi cümlələr mürəkkəb cümlələrdir. 🔸 *6.Elmi üslubda işlənmiş antonim sözlər bədii təzad yaratmır. Bədiilik olarsa, bədii təzad yaranar.* 🔹 _7.Terminlər ümumişlək olmayan sözlərdir, lakin ədəbi dilə daxildir. Ədəbi dildə olan sözlərlə omonimlik yarada bilir._ məs; qoşma, say, boğaz və.s *🔸8.cürbəcür, rəngbərəng, növbənöv sözləri mürəkkəb sifətlərdir.* _*🔹9.inişil,srağagün sadə zaman zərfləridir!!*_ _🔸10.Təsirlik halında olan söz özündən sonra heç bir şəkilçi qəbul etmir.İstisna -mı⁴ sual ədatı.Təsirlik hal cümlədə xəbər ola bilmir._🦋
👍 ❤️ 11

Comments