Azərbaycan Karate Federasiyası
Azərbaycan Karate Federasiyası
June 7, 2025 at 01:19 PM
Azərbaycan Karate Federasiyasının tədbirlər planına uyğun olaraq, 04 və 06 iyun 2025-ci il tarixlərində kyu-dan dərəcələri üzrə imtahanlar keçirilib. İmtahanlar AKF -in "Texniki və Məşqçilər Komitəsi"nin sədri Əhməd Əfəndi və komitə üzvü Oqtay Məmmədov tərəfindən qəbul olunub. 04 iyun 2025-ci il tarixində keçirilmiş imtahan, məşqçilər Turqut Həsənov və Məhəmməd İsmayılovun təşkilatçılığı ilə baş tutub və “Mərkəzi Karate Məktəbi”nin 29 karateçisi iştirak edib. 06 iyun 2025-ci il tarixində baş tutan növbəti imtahan isə məşqçi Nemət Abdullayevin (AKA TEAM) təşkilatçılığı ilə keçirilib və 12 karateçi iştirak edib. AKF -in baş katibi Qabil Sayadov imtahan prosesini izləmişdir. Hər iki imtahan normal idman şəraitində, texniki tələblərə uyğun şəkildə təşkil olunub. Qeyd edək ki, yekun qiymətləndirmə protokollarına əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş karateçilərə 5 iş günü ərzində müvafiq kyu-dan dərəcələri təqdim olunur. #azərbaycankaratefederasiyası #azerbaijankaratefederation #akfkarate #gəncləri̇dman #birkimibirlikdə #azerbaijan #bizbirlikdəgüclüyük
👍 5

Comments