Azərbaycan Karate Federasiyası
Azərbaycan Karate Federasiyası
June 8, 2025 at 05:44 PM
*08 iyun 2025-ci il tarixində Azərbaycan Karate Federasiyası Gəncə Regional Nümayəndəliyinin məşqçiləri ilə görüş keçirmişdir* Azərbaycan Karate Federasiyasının Gəncə Regional Nümayəndəliyinin məşqçiləri ilə keçirilmiş görüşdə regionda karate idman növünün inkişafına dair aktual məsələlər müzakirə olunmuşdur. Görüş çərçivəsində aşağıdakı əsas mövzular ətrafında fikir mübadiləsi aparılmışdır: - Karateçilərin vahid mərkəzləşdirilmiş reyestr sistemində qeydiyyatı və idarə olunması; - Yeni üzvlük vəsiqələrinin (İD kart) tətbiqi və bölgələr üzrə paylanması mexanizmləri; - Gəncə regionunda keçiriləcək yarışlar, seminarlar və digər layihələrin təqvim planına salınması; - Kyu-dan dərəcə imtahanlarının təşkili və rəsmi təqvim üzrə planlaşdırılması; - Region üzrə inkişaf strategiyaları, maddi-texniki baza və idmançı hazırlığı ilə bağlı perspektivlər; - Gənc və yeni nəsil hakimlərlə regionun təmsil olunması perspektivləri;⁠ - Yerli məşqçilərin təklif və iradlarının dinlənilməsi, mövcud problemlərin müzakirəsi. Görüş əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində başa çatmışdır. #azərbaycankaratefederasiyası #azerbaijankaratefederation #akfkarate #gəncləri̇dman #birkimibirlikdə #azerbaijan #bizbirlikdəgüclüyük
👍 ❤️ 5

Comments