
Azərbaycan Karate Federasiyası
June 15, 2025 at 12:16 PM
*"Sosial Media" paylaşımları üçün qaydalar və prinsiplər*
_Azərbaycan Karate Federasiyası ilə ortaq sosial media paylaşımlarında aşağıdakı kriteriyalara xüsusi önəm verilməlidir:_
✅ *Qrammatik cəhətdən düzgün və səlis cümlələr:*
Dil qaydalarına uyğun, oxunaqlı və aydın ifadələrə üstünlük verilməlidir;
✅ *Qısa və yığcam məzmun:*
Mətn tez və effektiv şəkildə çatdırılmalı, izləyicinin diqqətini tez cəlb etməlidir;
✅ *HD formatda vizual material:*
Foto və videolar yüksək keyfiyyətdə, vizual cəhətdən cəlbedici olmalıdır;
✅ *Alqoritm uyğunluğu:*
Platformaların (Instagram, Facebook, Tiktok, X və s.) alqoritmlərinə uyğun olaraq heşteq, format və aktiv vaxtlar nəzərə alınmalıdır;
✅ *Etik və hörmət çərçivəsində:*
Paylaşımlar heç bir şəxsi (rəqibi və s.) aşağılmamalı, idman və karate ruhuna, federasiyanın dəyərlərinə tam uyğun olmalıdır.
#azərbaycankaratefederasiyası
#azerbaijankaratefederation #akfkarate #akfmətbuat
