
Azərbaycan Karate Federasiyası
June 16, 2025 at 06:11 PM
Deflimpiyaçı karateçilərimizdən Azərbaycan idman tarixində tarixi nailiyyət
Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş “Chisinau Karate Open Grand Prix” beynəlxalq karate turnirində uğurla çıxış etmiş milli komandamız vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımız böyük coşqu ilə qarşılanıblar.
Qarşılanma mərasimində Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə, Azərbaycan Deflimpiya Komitəsinin nümayəndələri, idmançıların yaxınları və çoxsaylı azarkeşlər iştirak ediblər.
Karateçilərimizin nəticələri:
🥇 Qasımzadə Elnur – 67 kq
🥈 Ağayev Hikmət – 60 kq
🥈 Əlizadə Əliəkbər – 75 kq
🥉 Osmanov Şaiq – 75 kq
🥉 Sahibli Sahib – 84 kq
🥉 Hüseynli Elmin – 84 kq
Bu uğurlarda AKF -in deflimpiya üzrə baş məşqçisi Seymur Xudaverdiyev, beynəlxalq dərəcəli hakim və məşqçi Şahin Xudaverdiyev, həmçinin gümüş mükafatçı Ağayev Hikmətin şəxsi məşqçisi Rövşən Allahverdiyevin əməyini xüsusi qeyd etmək lazımdır.
Qeyd edək ki, bu nəticə ilə Azərbaycan tarixində ilk dəfə olaraq deflimpiya idman növləri arasında məhz karate üzrə medal əldə olunub. Yəni bu, yalnız karate idman növü üzrə deyil, ümumilikdə bütün deflimpiya idman növləri arasında Azərbaycan idmançılarının qazandığı ilk medallardır.
Bu tarixi nailiyyət ölkəmizdə fiziki imkanları məhdud idmançılara göstərilən diqqət və qayğının, eləcə də onların öz əzmi və fədakarlığının bariz nəticəsidir.
Ətraflı (fotolar): https://tinyurl.com/4wbts6fe
#azərbaycankaratefederasiyası
#azerbaijankaratefederation #akfkarate #gəncləri̇dman #birkimibirlikdə #azerbaijan #bizbirlikdəgüclüyük
👍
2