Oyunun Tempi | Futbol Yayımları
                                
                            
                            
                    
                                
                                
                                June 22, 2025 at 08:55 AM
                               
                            
                        
                            *❤️👕🇪🇸 Aidiyyətin nə olduğunu Santi Cazorla əməlləri ilə göstərdi.*
2012-ci ildə uşaqlıq komandası olan Real Oviedo iflasın astanasında olanda tərəddüd etmədən öz cibindən pul verib klubunu xilas etdi. İllər sonra, futbol karyerasının sonlarına yaxın heç bir maddi qarşılıq gözləmədən Oviedo-ya qayıtdı. Yeganə arzusu bu doğma komandanı La Liga-ya yüksəltmək idi. Qaydalar buna imkan vermədiyi üçün , o, minimum əməkhaqqı ilə oynamağa razılaşdı. Üstəlik, klubun forma satışından gələn gəlirin 10 faizinin aşağı yaş qruplarına, yəni akademiyaya ayrılmasını tələb etdi. Və bu gün 40 yaşında play-off finalında qol vuraraq həm doğma klubunu La Liga-ya daşıdı, həm də əsl sadiqliyin və klub sevgisinin nə demək olduğunu bir daha sübut etdi.
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        11