
Stmks_azmiu
126 subscribers
About Stmks_azmiu
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su Təsərrüfatı və Mühəndis Kommunikasiya sistemləri ( ST və MKS ) fakültəsinin WhatsApp kanalı
Similar Channels
Swipe to see more
Posts

Cəlilabad rayon məktəbliləri ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində görüş keçirilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin "Ekologiya" kafedrasında Cəlilabad rayonu tam orta məktəbinin bir neçə şagirdləri ilə maarifləndirici görüş keçirilib. Tədbir zamanı "Ekologiya" kafedrasının müdiri, prof. Fəqan Əliyev məktəblilərə ekologiya elmi, ətraf mühitin mühafizəsi və bu sahənin cəmiyyət üçün əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, Ekologiyanın müasir dövrdəki aktuallığını vurğulayaraq, şagirdləri bu sahəyə maraq göstərməyə təşviq edib. Görüşdə həmçinin fakültənin dekan əvəzi Elgiz Həsənov çıxış edərək, Azərbaycan Memarlıq və İnşaat Universiteti, onun fakültə və ixtisasları, tədris prosesi və tələbələrə yaradılan imkanlar barədə ətraflı təqdimatla çıxış edib. Tədbirin əsas məqsədi məktəblilərdə ətraf mühitin qorunması ilə bağlı maarifləndirməni artırmaq və onlarda elmə, xüsusilə də mühəndislik sahələrinə maraq oyatmaq olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri Fakültəsinin adından əziz həmkarlarımız və tələbələrimiz, Sizi müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Bu mübarək bayramın ailələrinizə bolluq, firavanlıq və ruhi rahatlıq gətirməsini arzulayır, həmrəylik, mərhəmət və paylaşma duyğularının hər zaman həyatınızda yer almasını diləyirik. Bayramınız mübarək olsun!🕋


Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyevin doğum günüdür✨ səmimi qəlbdən STMKS ailəsi adından təbrik edirik! #AzMİU #STMKS #Təbrik #Uğurlar
