
Stmks_azmiu
June 4, 2025 at 10:23 AM
Cəlilabad rayon məktəbliləri ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində görüş keçirilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin "Ekologiya" kafedrasında Cəlilabad rayonu tam orta məktəbinin bir neçə şagirdləri ilə maarifləndirici görüş keçirilib.
Tədbir zamanı "Ekologiya" kafedrasının müdiri, prof. Fəqan Əliyev məktəblilərə ekologiya elmi, ətraf mühitin mühafizəsi və bu sahənin cəmiyyət üçün əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, Ekologiyanın müasir dövrdəki aktuallığını vurğulayaraq, şagirdləri bu sahəyə maraq göstərməyə təşviq edib.
Görüşdə həmçinin fakültənin dekan əvəzi Elgiz Həsənov çıxış edərək, Azərbaycan Memarlıq və İnşaat Universiteti, onun fakültə və ixtisasları, tədris prosesi və tələbələrə yaradılan imkanlar barədə ətraflı təqdimatla çıxış edib.
Tədbirin əsas məqsədi məktəblilərdə ətraf mühitin qorunması ilə bağlı maarifləndirməni artırmaq və onlarda elmə, xüsusilə də mühəndislik sahələrinə maraq oyatmaq olub.