
Neftçi PFK
4.5K subscribers
About Neftçi PFK
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Votsap Kanalı / Official WhatsApp Channel of Neftçi Professional Football Club
Similar Channels
Swipe to see more
Posts

“Neftçi” PFK 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verir. “Ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.


👕Paltardəyişmə otağımız komandamızı qarşılamağa hazırdır❕


⚽️Misli Premyer Liqasının sonuncu – 36-cı turunda qarşılaşacağımız “Sabah” klubu ilə matça hazırlıq başa çatıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. ℹ️Qeyd edək ki, mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.


🇦🇿 Şərqdə ilk demokratik dövlət qurucularının davamçılarıyıq və bu tarixi bayramı böyük şövqlə qeyd edirik! Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayırıq! Müstəqillik Günümüz mübarək!


Baş məşqçi Samir Abasovun “Sabah” ilə oyunsonrası fikirləri: “Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq. Bizi çox çətin period gözləyir. Düşünürəm ki, bu vaxta kimi yaxşı işlər görmüşük, təki bunun bəhrəsi yaxşı nəticələr olsun. Transfer etməyi nəzərdə tutduğumuz futbolçuların mövqelərini açıqlamayacağam, bunu siz özünüz görəcəksiniz. Bu haqda klubumuz tərəfindən 2-3 gündən sonra da ictimaiyyətə məlumat verilə bilər, 10-15 gündən sonra da. Biz sizin, azarkeşlərin qarşısında rahat danışmaq üçün əvvəlcə oyunumuzu, nəticələrimizi düzəltməliyik. Yalnız bundan sonra digər proseslərə köklənə bilərik”.


⚔️𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬⚔️ ⚽️ MPL / XXXVI tur 🆚 Sabah 🗓️ 24 may 🕘 19:30 🏟️ Bank Respublika Arena 📺 CBC Sport (canlı)
