Neftçi PFK
Neftçi PFK
February 7, 2025 at 01:29 PM
“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanmışdır. 2025-2030-cu illəri əhatə edəcək bu müqaviləyə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə etmişdir. Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək. “Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqosu 2025-2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq. “Neftçi” PFK və “Palms Sports” arasında sponsorluq anlaşması hər iki tərəf üçün xeyirli olsun!
Image from Neftçi PFK: “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “...
❤️ 👍 🙏 😂 35

Comments