
Hədis-Evi
228 subscribers
About Hədis-Evi
Telegram Kanalımız: https://t.me/Shia_Hadis __________________ İnstagram Hesabımız: https://instagram.com/hedis__evi?igshid=1rk92h0gfmm76
Similar Channels
Swipe to see more
Posts

Xanım Həkimədən (s.ə) rəvayət edilir ki, o belə buyurub: Nərcis Xatun (s.ə) uşağı dünyaya gətirdikdən qırx gün sonra İmam Həsən Əskərinin (ə) yanına daxil oldum. Və mən Movlamız Sahibəz-zaman (ə.f) kimi fəsahətli danışanını görməmişdim və o evdə yeriyən zaman, İmam Həsən Əskəri (ə) gülümsədi və buyurdu: Bizdən başqa insanların il ərzində böyüməyi və inkişafı, biz imamların (ə) yaşayışında bir gündə inkişaf edir. (əl-Xəraic və cəraih, cild 1, səh 466, hədis 12.) https://t.me/Shia_Hadis

İmam Sadiq (ə) buyurub : “Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) Qiyamət günü, insanların hakimi, Cənnət və Cəhənnəmi (əhlini) Allah tərəfindən bölən şəxsdir. Onun bölgüsündən kənar heç kəs oraya (cənnət və cəhənnəmə ) daxil olmayacaq. O, həqiqətən də ən böyük Faruqdur (haqqı batildən ayırandır)”. (Bəsairud-Dərəcat, səh 596, 597.) https://t.me/Shia_Hadis

Musa ibn Muhəmməd deyir: İmam Əbəl-Həsənə (İmam Kazım) (ə) nasibi (Əhli-beyt (ə) düşməni) barəsində yazıb soruşdum: “Cibt və tağutu (əbu bəkr və ömər (lənətullah)) (xilafətdə) önə salmağından və o ikisinin imamətinə olan etiqadından daha çox (şeylə) imtahan etməyimə ehtiyac varmı?” (İmamdan) cavab gəldi: “Kim bu etiqadda olsa, o nasibidir”. (Biharul-ənvar, cild 69, səh 135.) https://t.me/Shia_Hadis

Allah Rəsulu (s) buyurub: “Cənnətin qapısının halqası qızıl lövhələrin üzərində qırmızı yaqutdandır. Halqa lövhənin üzərinə döyüldükdə səs çıxarar və “Ya Əli” deyər”. (Ravzatul-vaizin, səh 185, hədis 261.) https://t.me/Shia_Hadis

Allah Rəsulu (s) buyurdu: Allah təbarək və təala: “ Mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim” (əl-Bəqərə-40) ayəsini nazil etdi. Allaha and olsun! Adəm dünyadan köçəndə, övladı Şeys üçün qövmündən əhd aldı, amma qövmü əhdinə vəfa etmədi. Nuh da dünyadan gedəndə öz vəsisi Sam üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər. İbrahim də dünyadan gedəndə, öz vəsisi İsmayil üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər. Musa da dünyadan gedəndə, öz vəsisi Yuşə bin Nun üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər. İsa bin Məryəm də göylərə çəkiləndə (qeyb olanda), öz vəsisi Şəmun bin Həmun əs-Səfa üçün qövmündən əhd aldı, amma onlar da əhdlərinə vəfa etmədilər. Mən də sizdən ayrılıram və ümmətimə Əli bin Əbi Talibi əhd edirəm. Vəsilərə qarşı müxalif olmaq və üsyan etmək əvvəlki ümmətlərin ənənəvi sünnəsidir. Bilin! Mən sizə Əli haqqında əhdimi təcdid edirəm (təzələyirəm): “Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.” (əl-Fəth-10) Ay camaat! Həqiqətən Əli məndən sonra sizin İmamınız və üzərinizdə xəlifəmdir. O, mənim vəsim, vəzirim, qardaşım, köməkçim, qızımın əri, övladlarımın atası və şəfaətimin, hovzumun, bayrağımın sahibidir. Kim onu inkar etsə, məni inkar etmişdir. Kim məni inkar etsə, Allahı inkar etmişdir. Kim onun İmamətini təsdiq etsə, mənim nubuvvətimi təsdiq etmişdir. Kim mənim nubuvvətimi təsdiq etsə, Allahın vəhdaniyyətini təsdiq etmişdir. Ay camaat! Kim Əliyə asi olsa, mənə asi olmuşdur. Kim mənə asi olsa, Allaha asi olmuşdur. Kim Əliyə itaət etsə, mənə itaət etmişdir. Kim mənə itaət etsə, Allaha itaət etmişdir. Ay camaat! Kim sözdə və əməldə Əlini rədd etsə, məni rədd etmişdir. Məni rədd edən isə Uca Allahı rədd etmişdir. Ay camaat! Sizlərdən kimsə Əliyə qarşı (başqasını) İmam seçsə, mənə qarşı da Peyğəmbər seçmişdir. Mənə qarşı Peyğəmbər seçən, Allaha qarşı Rəbb seçmişdir. Ay camaat! Həqiqətən Əli vəsilərin seyyidi, üzü nurluların rəhbəri, möminlərin mövlasıdır. Onun dostu mənim dostumdur. Mənim dostum Allahın dostudur. Onun düşməni mənim düşmənimdir. Mənim düşmənim Allahın düşmənidir. Ay camaat! Əli haqqında Allah ilə əhdinizə vəfa edin ki, sizə də Qiyamət günü cənnətlə vəfa olunsun! (Məani əl-əxbar, səh 372-373; Dar əl-Marifə, Beyrut, 1399/1979; təhqiq: Əli Əkbər əl-Ğifari) https://t.me/Shia_Hadis

*Başda Zamanın İmamı, İmam Məhdi (ə.f) olmaqla, Həzrət İmam Əlinin (ə) Vilayətini qəbul edib və bu vilayətə tabe olan hər bir Haqq Əhlini Səmimi qəlbdən təbrik edirəm. Allah Bizləri Bir An Həzrət Əmirin (ə) Vilayətindən Ayrı salmasın.. Allah O Həzrətin Önündə Üzümüzü ağ, anlımızı açıq etsin. Allah Bizi O Həzrəti Haqqıyla Tanıyıb, Tanıdıran, və Daim düşmənlərindən Bezarlıq edənlərdən qərar versin.* *Salam olsun sənə Ey Allahın Vəlisi!* 🌹🌸 *Bayramınız Mübarək!*🌸🌹


📌 Mətləb çox mühümdür! Və hamımız məsuliyyətliyik! Gəlin birlikdə Həzrət İmam Əlinin Haqqını və Qədir-Xum gününün bayram namazını bərpa edək. https://youtu.be/hL1oiIy0B84

Qədir-xum günü bayram etmək bidətdirmi? - Şeyx Fəqan İzləmək üçün daxil olun: https://youtu.be/mgVLD6YcozA

İmam Rza (ə) buyurub: Qiyamət günü dörd günü bəzəyib Allahın ərşinə gətirəcəklər. Qurban bayramı, Fitr bayramı, Cümə və Qədir-Xum bayramı günləri. Onlar arasında Qədir-xum bayramı günü gözəllikdə ulduzlar arasında aya bənzəyəcək. (Zadul-Məad, səh 323.) https://t.me/Shia_Hadis