Hədis-Evi
Hədis-Evi
June 14, 2025 at 03:39 PM
Allah Rəsulu (s) buyurdu: Allah təbarək və təala: “ Mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim” (əl-Bəqərə-40) ayəsini nazil etdi. Allaha and olsun! Adəm dünyadan köçəndə, övladı Şeys üçün qövmündən əhd aldı, amma qövmü əhdinə vəfa etmədi. Nuh da dünyadan gedəndə öz vəsisi Sam üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər. İbrahim də dünyadan gedəndə, öz vəsisi İsmayil üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər. Musa da dünyadan gedəndə, öz vəsisi Yuşə bin Nun üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər. İsa bin Məryəm də göylərə çəkiləndə (qeyb olanda), öz vəsisi Şəmun bin Həmun əs-Səfa üçün qövmündən əhd aldı, amma onlar da əhdlərinə vəfa etmədilər. Mən də sizdən ayrılıram və ümmətimə Əli bin Əbi Talibi əhd edirəm. Vəsilərə qarşı müxalif olmaq və üsyan etmək əvvəlki ümmətlərin ənənəvi sünnəsidir. Bilin! Mən sizə Əli haqqında əhdimi təcdid edirəm (təzələyirəm): “Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.” (əl-Fəth-10) Ay camaat! Həqiqətən Əli məndən sonra sizin İmamınız və üzərinizdə xəlifəmdir. O, mənim vəsim, vəzirim, qardaşım, köməkçim, qızımın əri, övladlarımın atası və şəfaətimin, hovzumun, bayrağımın sahibidir. Kim onu inkar etsə, məni inkar etmişdir. Kim məni inkar etsə, Allahı inkar etmişdir. Kim onun İmamətini təsdiq etsə, mənim nubuvvətimi təsdiq etmişdir. Kim mənim nubuvvətimi təsdiq etsə, Allahın vəhdaniyyətini təsdiq etmişdir. Ay camaat! Kim Əliyə asi olsa, mənə asi olmuşdur. Kim mənə asi olsa, Allaha asi olmuşdur. Kim Əliyə itaət etsə, mənə itaət etmişdir. Kim mənə itaət etsə, Allaha itaət etmişdir. Ay camaat! Kim sözdə və əməldə Əlini rədd etsə, məni rədd etmişdir. Məni rədd edən isə Uca Allahı rədd etmişdir. Ay camaat! Sizlərdən kimsə Əliyə qarşı (başqasını) İmam seçsə, mənə qarşı da Peyğəmbər seçmişdir. Mənə qarşı Peyğəmbər seçən, Allaha qarşı Rəbb seçmişdir. Ay camaat! Həqiqətən Əli vəsilərin seyyidi, üzü nurluların rəhbəri, möminlərin mövlasıdır. Onun dostu mənim dostumdur. Mənim dostum Allahın dostudur. Onun düşməni mənim düşmənimdir. Mənim düşmənim Allahın düşmənidir. Ay camaat! Əli haqqında Allah ilə əhdinizə vəfa edin ki, sizə də Qiyamət günü cənnətlə vəfa olunsun! (Məani əl-əxbar, səh 372-373; Dar əl-Marifə, Beyrut, 1399/1979; təhqiq: Əli Əkbər əl-Ğifari) https://t.me/Shia_Hadis
❤️ 5

Comments