
Nicat Gəmisi | سفينة النجاة
744 subscribers
About Nicat Gəmisi | سفينة النجاة
🧠 *Tövhidsiz bir insan ölüdür, əməlsiz bir bədən isə öləcək!* 🫀 Daha çox əşərilik/şafeilik üzrə müfid paylaşımlar! 🧐 Bu kanalın adı ibtidailər üçün şafei fiqhi olan “سفينة النجاة” adlı əsərdən götürülmüşdür. 😊 Kanaldakı profil rəsmi isə Quran və Sünnənin qalası İmamımız Şafeinin türbəsidir, üzərindəki gəmi maketini Qüds Fatehi Şeyx Səlahəddin Əyyubi əş-Şafei əl-Əşəri düzəltdirmişdir. Ondan hikmətini soruşan zaman belə demişdir: *“İstədim ki, bu qübbənin altında bir elm okeanının olduğu bilinsin!”* 🤨 İdarə heyətindən açıqlama: *“Əqidə, fiqh, əxlaq, alim bioqrafiyaları, əhvalatlar və s. kimi mühüm yazılar bölüşüləcək. Bu məlumatları kanal inzibatçıları - elm tələbələri tərcümə/tərtib edərək sizə təqdim edir. Batil cərəyanlar çoxalır və öz batil fikirlərini çox sürətlə yayır, həmçinin bir-birilərinə dəstək olurlar. Belə ki, haqq əhli - siz belə kanalları bölüşməli, yaymalı, çoxaltmalıdır ki, insanlar batil fikirləri deyil, haqq fikirləri mənimsəsin. Səy bizdən, tövfiq Allahdan!”* ©️ *Müəllif hüquqları:* Kanaldakı məlumatlar digər mövqelərə ötürülərkən kanal adını silərək etiketsiz/istinadsız paylaşmaq qadağandır, çünki müəllif hüquqları mövcuddur və əziyyətlərə qarşı laqeydsizlikdir, qul haqqıdır. Diqqətli olaq! ♻️ *Həm izlə, həm təmizlə:* Təshihli və haqlı tənqidlərçün təftiş üzrəyik. 👥 *Əminlik:* İnzibatçı tələbələr ilk dəfə İordaniyada yaşamış və orada təhsil almışdırlar. Hal-hazırda Misirdə təhsillərini davam etdirirlər. Həmçinin buradakı inzibatçı tələbələr Azərbaycan dilini ali səviyyədə bilir, bu səbəblədir ki, bölüşülən yazıların qrammatik cəhətdən tamamilə doğru olmasına xüsusi etina ilə yanaşırlar. 🌻 *Sədəqə:* Tələbələr üçün hər cür maddi dəstək axirətə sərmayədir. İanələr kitablara, müdərrislərə, yol xərcləri, ev, qaz, işıq, qida və s. şeylər üçün sərf ediləcək. İtirəcəyiniz bir şey yoxdur, əksinə, qazanacaqsınız. Yardım üçün bank hesabı: *4169738862903386* 😌 Əziz və Cəlil olan Allah bu xadimləri - bu kanalı ümmətə xeyirli-faydalı etsin! *Suallar üçün əlçatan təmas:* (+994)10 525 35 87
Similar Channels
Swipe to see more
Posts

İmamımız Şafei bir gün öndər tələbəsi İmam Müzəni tərəfə dönərək belə demişdir: *“Bu (İmam Müzəni), əgər şeytanla münazirə etsə, şeytanı, şəkk-şübhəsiz, susdurar (dəlillərlə məğlub edər)”.* قال الشافعي للمزني وأقبل يوما: ”هذا لو ناظر الشيطان لقطعه (٢)!“ كتاب مناقب الشافعي للبيهقي *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi

İmam Müzəni belə demişdir: *“Mən “ər-Risalə” kitabını İmam Şafei ilə birgə 80 dəfə oxudum. Elə bir dəfə olmadı ki, o, orada bir səhv tapmasın”.* İmam Şafei isə belə demişdir: *“Görürsənmi! Allah Öz Kitabı istisna olmaqla başqa heç bir kitabın tamamilə səhvsiz olmasına icazə verməmişdir”.* قَالَ المُزَنِيُّ: ”قَرَأْتُ كِتَابَ الرِّسَالَةِ عَلَى الشَّافِعِيِّ ثَمَانِينَ مَرَّةً، فَمَا مِنْ مَرَّةٍ إِلَّا وَكَانَ يَقِفُ عَلَى خَطَإٍ“، فَقَالَ الشَّافِعِيُّ: ”هِيهْ! أَبَى اللَّهُ أَنْ يَكُونَ كِتَابٌ صَحِيحٌ غَيْرَ كِتَابِهِ“. حاشية رد المحتار *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi

*“Cüməniz mübarək olsun!” deməklə təbrik etmək bidət sayılmır, çünki bu, adətlərdəndir. Adətlərdəki bidət isə yalnız şəri dəlilə zidd olan haldır”.* Ustaz Abdullah Susi əl-Maliki əl-Əşəri Bununla bağlı çox gözəl bir izahdır, vaxt olsa, subtitr də əlavə edəcəyəm. Tam versiyası üçün teleqram linki: https://t.me/nicatgemisidir/1257 *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi

Kim bu dörd şeyi deyərsə, bu dörd şeydən əmin olar: Kim: *مَا شَاءَ الله لَا قُوَّةَ إِلَّا بِاللَّه* — deyərsə, nəzərdən (gözə gəlmədən) əmin olar. Kim: *حَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيل* — deyərsə, şeytanın tələsindən əmin olar. Kim: *لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِين* — deyərsə, qəm-qüssədən əmin olar. Kim: *أُفَوِّضُ أَمْرِي إِلَى الله* — deyərsə, insanların hiyləsindən əmin olar. من قال أربعا أمن من أربع: من قال: ”مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّه“، أمن من العين، ومن قال: ”حَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيل“، أمن من كيد الشيطان، ومن قال: ”لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِين“، أمن من الغم، ومن قال: ”أُفَوِّضُ أَمْرِي إِلَى الله“، أمن من مكر الناس. عن إلياس سليمان المالكي *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi

Şeyxi ilə birgə yaşadı, öyrəndi və məzhəbini yaydı, şeyxi ilə yanaşı dəfn edildi. Bu nə böyük şərəfdir ki, Allah öz şəriətinin intiqalını və nəşrini bu kişilərə ərməğan etmişdir. Allah hamısından razı olsun! Şəkildəki bir şey diqqətimi çəkdi, maraqlı bir tablo alınıb. İmam Vəki İmam Şafeinin şeyxidir, İmam Şafei İmam Müzəninin şeyxidir. Allah nəsib edərsə, ziyarət edəcəyəm, ziyarət etmək üçün xəritə üzərindən link: https://maps.app.goo.gl/fr3txMbHZrmvLbpp7


Sən haqlısan, Musa! Amma qarnımızı firon doydurur.

Allah hər kəsə xeyirli övlad versin, amin...

*Yerli Corc:* Ey insan, körpə qız uşaqlarını qara örpəklərə bükmə, uşaqlığını alma, uşaqlığını məhv etmə. O, azaddır, o, əylənəcək, çünki o, körpədir. Böyüyər, qərar verəcək bir həddə çatar, bir ana/ata kimi sual edərsən ki, ey övlad, hicaba keçmək istəyirsən? Daha sonra qız qərar verər ki, hə, ya yox. Azadlıq hər kəsə labüddür! *əl-Cavab:* Corc bəy, bu dediklərinizi mən də sizə sual edirəm, cavabınızı eşitmək istəyirəm! Corc bəy, məgər siz övladınıza bugünkü geyimi üçün bizdəki tələb kimi münasibət bəsləyirsiniz? Yəni bu məsələ ilə bağlı körpədən riza alırsınız? Avropa mədəniyyətsizliyi ünsürlərini körpənizə seçərkən azad iradəsinə həvalə edirsiniz, yoxsa? Halbuki siz hər bir ata-ana kimi öz övladınızı müəyyən bir həyat tərzinə soxmağa tamahkarsınız, libasdan qidaya, oyuncaqdan danışıq tərzinə qədər – hər şey sizdəki ideoloji zövq məhsulu, daha doğrusu çöldəki mənbəyi həsəddən aclıqdır. Bəs bu “azadlıq” haradadır? Əgər sizcə, qara örpək uşaqdan uşaqlığını alırsa, bəs niyə cins şortlar, dar geyimlər, sinə açan bluzlar, makiyaj və müasir barbiləşmə yönümlü təqlidlər “uşaqlıq hüququ” tapdalamır, uşaqlığını almır? Yoxsa məsələ obyektiv seçim haqqı deyil, müsəlmanlardakı şəri sistemə büğzdür? Bütün valideynlər – istər müsəlman, istər qeyri-müsəlman övladlarını ideoloji və mədəni modelə görə tərbiyə edir. Fərq ondadır ki, biz bunu şəri bir zərurət, fitri bir vəzifə olaraq qəbul edirik, siz isə bunu adi həyat tərzi kimi hesab edirsiniz. Lakin “adi həyat tərzi” adı ilə siz də bir kultural normanı tətbiq edirsiniz. Niyə sizin “normanız” seçim sayılır, bizimkisi isə “məcburiyyət”? Bu hansı məntiqə sığar? Övladınıza inancsızlığı, bədəni ifşa etməyi, əyləncə azadlığı adı ilə nəfsə tabe olmağı, seksualizasiyaya doğru erkən yönləndirilməni təbliğ etdiyiniz zaman hansı “seçim” hüququnu qoruyursunuz? Əslində, siz seçim haqqını yox, qərbdəki pozğun mədəniyyəti ona öncədən qəbul etdirirsiniz. Sizcə, uşağa geyimi seçmə hüququ verilirsə, niyə 6 yaşındakı qızlara bikini geydirib dənizə salırsınız, amma 6 yaşındakı hicablı qıza dözə bilmirsiniz? Biri azadlıq, biri ekstremizmmi sayılır? Bəs niyə sizin “seçim modelləriniz” heç vaxt sorğulanmır, amma müsəlman modelləri tənqid edilir? Əgər hicab və digər geyim iki fərqli mədəniyyət göstəricisidirsə, nəyə görə birini uşağın azadlığına zidd sayır, digərini isə ona “haqq” kimi sırıyırsınız? Azadlıq deyirsiniz… Azadlıq haradadır? Valideyn öz dəyərlərini övladına öyrətmək üçün haqqı yoxdursa, siz öz övladlarınıza hansı əsasla seçim etməyi öyrədirsiniz? Əgər biz “örpək” öyrədiriksə, siz “cins şort” öyrədirsiniz. Hər ikisi bir valideyn ideologiyasının məhsuludur. Amma nəyə görəsə sadəcə biri “azadlıq düşməni” adlanır. Bu uşaq kimə bənzəyəcək: Məryəmə, yoxsa Madonnaya? *İnsaf!* *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi

Əhməd Hənbəloğlu belə demişdir: *“Əgər Şafei olmasayadı, hədis fiqhini bilməzdik”.* Həmçinin deyirlər: *“Qazılıq (işlərimiz) Əbu Hənifənin şagirdlərinin əlində idi və (bu işlərimiz onlardan) alınmırdı. Ta ki, İmam Şafeini görənədək, o, Allahın Kitabında və Rəsulülllahın (sallallahu aleyhi və səlləm) Sünnəsində insanların ən fəqihi idi”.* قَالَ أَحْمَدُ بْنُ حَنْبَلٍ: ”لَوْلَا ٱلشَّافِعِيُّ مَا عَرَفْنَا فِقْهَ ٱلْحَدِيثِ“. وَيَقُولُ أَيْضًا: ”كَانَتْ أَقْضِيَتُنَا فِي أَيْدِي أَصْحَابِ أَبِي حَنِيفَةَ مَا تُنْزَعُ، حَتَّى رَأَيْنَا ٱلشَّافِعِيَّ، فَكَانَ أَفْقَهَ ٱلنَّاسِ فِي كِتَابِ ٱللَّهِ، وَفِي سُنَّةِ رَسُولِ ٱللَّهِ ﷺ“. توالي التأنيس لابن حجر *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi

İmam Müzəni belə demişdir: *“İmam Şafeinin “ər-Risalə” kitabını (özbaşına) 500 dəfə oxumuşam (80 dəfə İmam Şafei ilə birgə oxumuşdur). Elə bir dəfə olmayıb ki, onlardan yeni bir fayda əldə etməyim, hansı ki, onu başqa səfər (oxuyanda) əldə etməmişdim”.* إِسْمَاعِيلُ بْنُ يَحْيَى الْمُزَنِيُّ صَاحِبُ الشَّافِعِيِّ، يَقُولُ: ”قَرَأْتُ كِتَابَ ”الرِّسَالَةِ“ لِلشَّافِعِيِّ خَمْسَ مِائَةِ مَرَّةٍ، مَا مِنْ مَرَّةٍ مِنْهَا إِلَّا وَاسْتَفَدْتُ فَائِدَةً جَدِيدَةً لَمْ أَسْتَفِدْهَا فِي الْأُخْرَى“. مناقب الإمام الشافعي لابن حجر *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi