Nicat Gəmisi | سفينة النجاة
Nicat Gəmisi | سفينة النجاة
June 13, 2025 at 09:45 AM
*Yerli Corc:* Ey insan, körpə qız uşaqlarını qara örpəklərə bükmə, uşaqlığını alma, uşaqlığını məhv etmə. O, azaddır, o, əylənəcək, çünki o, körpədir. Böyüyər, qərar verəcək bir həddə çatar, bir ana/ata kimi sual edərsən ki, ey övlad, hicaba keçmək istəyirsən? Daha sonra qız qərar verər ki, hə, ya yox. Azadlıq hər kəsə labüddür! *əl-Cavab:* Corc bəy, bu dediklərinizi mən də sizə sual edirəm, cavabınızı eşitmək istəyirəm! Corc bəy, məgər siz övladınıza bugünkü geyimi üçün bizdəki tələb kimi münasibət bəsləyirsiniz? Yəni bu məsələ ilə bağlı körpədən riza alırsınız? Avropa mədəniyyətsizliyi ünsürlərini körpənizə seçərkən azad iradəsinə həvalə edirsiniz, yoxsa? Halbuki siz hər bir ata-ana kimi öz övladınızı müəyyən bir həyat tərzinə soxmağa tamahkarsınız, libasdan qidaya, oyuncaqdan danışıq tərzinə qədər – hər şey sizdəki ideoloji zövq məhsulu, daha doğrusu çöldəki mənbəyi həsəddən aclıqdır. Bəs bu “azadlıq” haradadır? Əgər sizcə, qara örpək uşaqdan uşaqlığını alırsa, bəs niyə cins şortlar, dar geyimlər, sinə açan bluzlar, makiyaj və müasir barbiləşmə yönümlü təqlidlər “uşaqlıq hüququ” tapdalamır, uşaqlığını almır? Yoxsa məsələ obyektiv seçim haqqı deyil, müsəlmanlardakı şəri sistemə büğzdür? Bütün valideynlər – istər müsəlman, istər qeyri-müsəlman övladlarını ideoloji və mədəni modelə görə tərbiyə edir. Fərq ondadır ki, biz bunu şəri bir zərurət, fitri bir vəzifə olaraq qəbul edirik, siz isə bunu adi həyat tərzi kimi hesab edirsiniz. Lakin “adi həyat tərzi” adı ilə siz də bir kultural normanı tətbiq edirsiniz. Niyə sizin “normanız” seçim sayılır, bizimkisi isə “məcburiyyət”? Bu hansı məntiqə sığar? Övladınıza inancsızlığı, bədəni ifşa etməyi, əyləncə azadlığı adı ilə nəfsə tabe olmağı, seksualizasiyaya doğru erkən yönləndirilməni təbliğ etdiyiniz zaman hansı “seçim” hüququnu qoruyursunuz? Əslində, siz seçim haqqını yox, qərbdəki pozğun mədəniyyəti ona öncədən qəbul etdirirsiniz. Sizcə, uşağa geyimi seçmə hüququ verilirsə, niyə 6 yaşındakı qızlara bikini geydirib dənizə salırsınız, amma 6 yaşındakı hicablı qıza dözə bilmirsiniz? Biri azadlıq, biri ekstremizmmi sayılır? Bəs niyə sizin “seçim modelləriniz” heç vaxt sorğulanmır, amma müsəlman modelləri tənqid edilir? Əgər hicab və digər geyim iki fərqli mədəniyyət göstəricisidirsə, nəyə görə birini uşağın azadlığına zidd sayır, digərini isə ona “haqq” kimi sırıyırsınız? Azadlıq deyirsiniz… Azadlıq haradadır? Valideyn öz dəyərlərini övladına öyrətmək üçün haqqı yoxdursa, siz öz övladlarınıza hansı əsasla seçim etməyi öyrədirsiniz? Əgər biz “örpək” öyrədiriksə, siz “cins şort” öyrədirsiniz. Hər ikisi bir valideyn ideologiyasının məhsuludur. Amma nəyə görəsə sadəcə biri “azadlıq düşməni” adlanır. Bu uşaq kimə bənzəyəcək: Məryəmə, yoxsa Madonnaya? *İnsaf!* *Nicat Gəmisi © (müəllif hüquqları qorunur)* — https://dijit.al/nicatgəmisi
❤️ 👍 ♥️ 🌱 🌹 👌 😮 🫱‍🫲 23

Comments