Tövhid - Allahın Haqqı (Samiq Mustafayev) WhatsApp Channel

Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)

447 subscribers

About Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)

التوحيد حق الله على العبيد Tövhid - Allahın qullar üzərindəki haqqı https://www.facebook.com/TovhidAllahinhaqqi https://www.instagram.com/tovhidallahinhaqqi Admin: Samiq Mustafayev

Similar Channels

Swipe to see more

Posts

Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/27/2025, 6:20:44 PM

“Əgər məni sevdiyini iddia edirsənsə, bəs niyə kitabımı tərk etdin? Oradakı şirin xitabımı (sözlərimi) düşünmədinmi?” İbn Qeyyim | Cəvəbul Kəfi Əgər Allah sevgisi və ya Peyğəmbər sevgisi iddiasındasansa, bu sevginin isbatı Qurana – bağlanmaq, onu oxumaq, tədəbbür etmək və həyatına tətbiq etməkdir. 🪶Tərcümə: Samiq Mustafayev 🌐http://T.me/TovhidAllahinhaqqi

👍 ❤️ 5
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/27/2025, 1:07:27 PM

Ummu Sələmə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: "Əgər Zilhiccə ayının hilalını görsəniz* və sizdən biriniz qurban kəsmək istərsə, qurban kəsincəyə qədər tükündən və dırnağından almasın." 📚Muslim, 1977. *Zilhiccə ayına yetişsəniz ❗️❗️❗️Bugün məğribə kimi edin, məğribdən sonra ZilHiccənin 1-idir. 🪶Samiq Mustafayev 💟http://T.me/TovhidAllahinhaqqi

👍 ❤️ 6
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/30/2025, 10:14:44 AM

Allahın ən böyük əmri tövhid, ən böyük qadağası isə şirkdir.

👍 ❤️ 7
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/28/2025, 3:31:01 PM
Post image
❤️ 👍 5
Image
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/24/2025, 6:44:17 AM

Şeyx Muhəmməd İbn Ğalib Əl-Omari (Allah onu qorusun) belə deyir: “السميع” və “البصير” Allah Təalanın isimlərindəndir. Bu isimlərin hamısı sifətlərə dəlalət edir. “السميع” (Eşidən) ismi eşitmə sifətinə, “البصير” (Görən) ismi görmə sifətinə, “القدير” (Qüdrətli) ismi qüdrət sifətinə, “العليم” (Alim) ismi elm sifətinə dəlalət edir. Bunlar Allah Təala üçün kamil sifətlərdir. Allahın Ad (İsim) və sifətləri barəsində qayda budur ki, Allahın isimləri isbat edilir (təsdiqlənilir) və bu isimlərdən çıxan sifətlər də isbat edilir (təsdiqlənilir). Lakin Allah Təala bütün cəhətlərdən bənzətməkdən (məxluqata oxşatmaqdan) uzaq tutulur (tənzih olunur). 📕Şərh Muqaddimə Qeyravani, 2-ci dərs, 23/05/2025 🪶Tərcümə: Samiq Mustafayev 🌐http://T.me/TovhidAllahinhaqqi

❤️ 👍 💖 5
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/28/2025, 4:51:24 PM

Allahın ən böyük əmri nədir?

👍 9
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
6/3/2025, 5:32:12 AM

🎙Şeyx Saleh Luheydan (Allah ona rəhm etsin) belə demişdir: “Sonra bu günlərdə (yəni Zilhiccənin ilk on günü) edilə biləcək əməllər arasında nafilə namazlar, zikrlər, sədəqələr, oruclar, yaxşılıq etmək, xeyirxahlıq göstərmək – hətta bu bir sözlə də olsa – var. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: *“Yaxşılıqdan heç bir şeyi kiçik görmə, hətta qardaşını gülər üzlə qarşılamış olsan belə.”* Həmçinin buyurur: “Xoş söz də sədəqədir.” 🎙️ səsyazmadan 🪶Samiq Mustafayev ↗️http://T.me/TovhidAllahinhaqqi

👍 😢 3
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/31/2025, 5:02:02 PM
Post image
❤️ 👍 8
Image
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/25/2025, 1:03:20 PM

Şeyx Muhəmməd İbn Ğalib Əl-Omari (Allah onu qorusun) belə deyir: Əgər sən batil əhlinin batilini görə bilirsənsə, Allaha həmd et. Bu, Allahın sənə olan nemətidir. Uca Allah buyurur: وَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram”. (İbrahim, 7) 📕Şərh Muqaddimə Qeyravani, 4-cü dərs, 25/05/2025 🪶Tərcümə: Samiq Mustafayev 🌐http://T.me/TovhidAllahinhaqqi

❤️ 3
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
5/22/2025, 6:50:27 PM

Şeyx Muhəmməd İbn Ğalib Əl-Omari (Allah onu qorusun) belə deyir: İnsanın xoşbəxtliyindəndir ki, Uca Allahın ona verdiyi nemətlər üzərində təfəkkür edir (düşünür). Çünki o nemətlər haqqında düşündükdə bir çox fayda əldə edir. Bunlardan birincisi, bu ibadətə — yəni Uca Allahı həmd və şükür etmə ibadətinə — müvəffəq olur. İkincisi, Allah Təalanın ona bəxş etdiyi nemətləri, fəzilətləri və lütfləri tanıyır, ki bəlkə də başqaları onlardan məhrum qalıb. Üçüncüsü isə, bu həmd və şükür Allah Təalanın nemətlərini artırmasına səbəb olur. 📕Şərh Muqaddimə Qeyravani, 1-ci dərs, 22/05/2025 🪶Tərcümə: Samiq Mustafayev 🌐http://T.me/TovhidAllahinhaqqi

❤️ 👍 🤍 6
Link copied to clipboard!