
Tövhid - Allahın Haqqı (Samiq Mustafayev)
May 22, 2025 at 06:50 PM
Şeyx Muhəmməd İbn Ğalib Əl-Omari (Allah onu qorusun) belə deyir:
İnsanın xoşbəxtliyindəndir ki, Uca Allahın ona verdiyi nemətlər üzərində təfəkkür edir (düşünür). Çünki o nemətlər haqqında düşündükdə bir çox fayda əldə edir.
Bunlardan birincisi, bu ibadətə — yəni Uca Allahı həmd və şükür etmə ibadətinə — müvəffəq olur.
İkincisi, Allah Təalanın ona bəxş etdiyi nemətləri, fəzilətləri və lütfləri tanıyır, ki bəlkə də başqaları onlardan məhrum qalıb.
Üçüncüsü isə, bu həmd və şükür Allah Təalanın nemətlərini artırmasına səbəb olur.
📕Şərh Muqaddimə Qeyravani, 1-ci dərs, 22/05/2025
🪶Tərcümə: Samiq Mustafayev
🌐http://T.me/TovhidAllahinhaqqi
❤️
👍
🤍
6