Hacı Şahin Həsənli WhatsApp Channel

Hacı Şahin Həsənli

1.4K subscribers

About Hacı Şahin Həsənli

[email protected] ✅https://hacishahin.az ✅https://t.me/hacishahinhesenli ✅https://www.facebook.com/HaciShahinHasanli?mibextid=LQQJ4d ✅https://instagram.com/hacishahinhesenli?igshid=MzRlODBiNWFlZA==

Similar Channels

Swipe to see more

Posts

Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/6/2025, 2:13:46 PM

Cümə axşamı... Şabaniyyə münacatı... İlahi, günahlarımdan tutsan, əfvindən yapışacam; qəbahətlərimdən tutsan, məğfirətindən yapışacam; cəhənnəmə atsan, ordakılara Sənə olan eşqimi elan edəcəm! İlahi, etməli olduğumdan az itaət etsəm də, Sənə olan ümidimdən gözləntim çoxdur. İlahi, rəhmətinə və xilasına qovuşmaq üçün gözümü Sənin kərəminə dikmişəmsə, qapından məhrum və əliboş qayıdacağımı necə ağlıma gətirim? Tam versiya: https://hacishahin.az/dualar/10

❤️ 🙏 47
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/6/2025, 7:08:30 PM

https://youtu.be/g_3Mn-gCb4c?si=oZoyYJ0wNoU__4XA

❤️ 👍 27
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/2/2025, 8:29:01 AM

https://youtu.be/iWVfWRHIS5Y?si=e7QhqZgAuOwDRUjr

❤️ 😮 🙏 24
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/3/2025, 2:35:24 PM

İmam Səccad Kərbəladan sonrakı səhifənin qəhrəmanıdır...

❤️ 😢 🙏 52
Video
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/2/2025, 9:54:45 AM

Vətən müharibəsindən xalqımızı qalib çıxaran gəncliyimizin günüdür bu gün. Tarixin hər dönəmində yaşlı və gənc nəsil arasında fərq olub. Bu da bir qədər təbiidir, fərqli nəsillər yaş və təcrübə üzündən eyni hadisəyə fərqli baxış bucağından baxırlar. İstənilən yanaşma fərqlərinə baxmayaraq, gənclərə inanmaq, onlara dayaq olmaq gərəkdir. Məhz bu inam gənclərimizi düşmənlə səngərdə qalib etdi və xalqımızı gələcəkdə gözləyən çağırışlarda qalib edəcək. Azərbaycan gəncliyi intellektual, mədəni, mənəviyyatlıdır deyə, onun timsalında gələcəyə ümidlərimiz də böyükdür. Allah hər zaman gənclərimizi uğurlu və inamlı etsin. Bayramınız mübarək, əzizlərim! 02.02.2021/ Hacı Şahin Hәsәnli

❤️ 🙏 👍 😮 33
Image
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/2/2025, 8:16:25 AM

2 fevral - Gənclər günü tədbirindən...

❤️ 😢 30
Video
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/1/2025, 2:02:13 PM

Dünyamızla ilahi aləmin kəsilməkdə olan son bağlarını İmam Hüseyn (ə) qorudu. Kərbəla bütün qatları ilə yanaşı, ilk növbədə ekzistensional hadisədir. Həmişə diri, həmişə lazımlı, həmişə xilasedici bir hadisə. Bu, həm bütün insanlığın, həm də tək-tək hər bir insanın daxili faciəsinin inikasıdır. Yerlə göy, ağılla qəlb arasında parçalanan insanın daxili bütövlüyünü qoruyan başlıca amildir Kərbəla. Həm faciə, həm faciədən qurtuluş yoludur Kərbəla. Bu günlər bu möcüzənin müəllifi - İmam Hüseynin, bu möcüzənin qəhrəmanı - Həzrət Abbasın və bu möcüzəni yaşadan - İmam Səccadın mövlud günləridir. Bayramınız mübarək! Hacı Şahin Hәsәnli / 2023

❤️ 🙏 😢 👍 😂 52
Image
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
1/31/2025, 8:26:22 AM

Mübarək Şaban ayı... Cüməniz mübarək !

❤️ 🙏 😢 😂 56
Video
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/1/2025, 3:05:30 PM

Bayramınız mübarək...

❤️ 😢 🙏 56
Video
Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli
2/2/2025, 2:44:31 PM

O, iti bəsirət sahibi idi...

❤️ 😢 51
Video
Link copied to clipboard!