
Hacı Şahin Həsənli
February 1, 2025 at 02:02 PM
Dünyamızla ilahi aləmin kəsilməkdə olan son bağlarını İmam Hüseyn (ə) qorudu. Kərbəla bütün qatları ilə yanaşı, ilk növbədə ekzistensional hadisədir. Həmişə diri, həmişə lazımlı, həmişə xilasedici bir hadisə. Bu, həm bütün insanlığın, həm də tək-tək hər bir insanın daxili faciəsinin inikasıdır. Yerlə göy, ağılla qəlb arasında parçalanan insanın daxili bütövlüyünü qoruyan başlıca amildir Kərbəla. Həm faciə, həm faciədən qurtuluş yoludur Kərbəla. Bu günlər bu möcüzənin müəllifi - İmam Hüseynin, bu möcüzənin qəhrəmanı - Həzrət Abbasın və bu möcüzəni yaşadan - İmam Səccadın mövlud günləridir. Bayramınız mübarək!
Hacı Şahin Hәsәnli / 2023
❤️
🙏
😢
👍
😂
52