
Azercell Cup 2025
170 subscribers
Similar Channels
Swipe to see more
Posts

14 iyun 2025-ci il tarixində “Azercell Telekom” MMC və Təhsil İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final mərhələsi təşkil olunub. Müsabiqənin final mərhələsində 162 şagird iştirak edib. İştirakçılara 3 saat ərzində 5 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həllini tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmək tapşırığı verilib. Qeyd edək ki, Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir. Müvafiq keçidə daxil olmaqla final mərhələsinin nəticələri ilə tanış ola bilərsiniz: https://azercellcup.org/competition/123/leaderboard


“Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu 14 iyun saat 11:00-da Azərbaycan Texniki Universitetində keçiriləcək. Müsabiqənin keçirilməsində əsas məqsəd 6-7-ci siniflərdə təhsil alan şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir. Müsabiqə iştirakçılarından saat 10:00-dan etibarən imtahan binalarında olmaları xahiş olunur. Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd gətirməlidirlər. Final mərhələdə aşağıdaki siyahıda ən azı 100 bal toplamış şagirdlər iştirak edə bilər - https://azercellcup.org/competition/117/leaderboard ✅ Final turunda təqdim ediləcək tapşırıqların əhatə edəcəyi mövzularla tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz: https://azercellcup.org/azercellcup2025-syllabus 💜 Gənc istedadlara uğurlar arzulayırıq!
