
Azercell Cup 2025
June 17, 2025 at 03:33 PM
14 iyun 2025-ci il tarixində “Azercell Telekom” MMC və Təhsil İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final mərhələsi təşkil olunub. Müsabiqənin final mərhələsində 162 şagird iştirak edib. İştirakçılara 3 saat ərzində 5 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həllini tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmək tapşırığı verilib.
Qeyd edək ki, Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir.
Müvafiq keçidə daxil olmaqla final mərhələsinin nəticələri ilə tanış ola bilərsiniz: https://azercellcup.org/competition/123/leaderboard

❤️
🙏
2