
AzadliqRadiosu
February 4, 2025 at 06:07 PM
‼️Qazaxıstan Nəqliyyat Nazirliyi 2024-cü ilin sonunda Aktauda qəzaya düşən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı ilkin hesabatını yayımlayıb.
✅53 səhifəlik hesabatda təyyarədə müxtəlif kənar elementlərin tapıldığı bildirilib;
✅Lakin hesabatda bu elementlərin nədən qaynaqlandığı açıqlanmayıb, onun mənşəyinin müəyyən edilməsi üçün ekspertizanın keçiriləcəyi bildirilib;
✅"Salamat qalan fraqmentlərə ilkin baxış zamanı fuzelyajın quyruq hissəsində, stabilizatorda, istiqamət və yüksəklik sükanında çoxlu sayda müxtəlif ölçülü və formalı zədələnmələr aşkar edilib";
✅Hesabatda həmçinin təyyarənin qəzaya düşməzdən əvvəl hidravlik sistemlərinin bir qisminin sıradan çıxdığı müəyyən edilib. Buna səbəbin təyyarəyə daxil olan xarici obyektin olduğu güman edilir;
✅Xarici elementlərin həmçinin stabilizator idarəetməsinin naqillərini də zədələdiyi təxmin edilir.
*AZAL təyyarəsi dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub.*
😢
😡
❤️
👍
🖤
😮
🙏
🇵🇸
💔
😂
49