AzadliqRadiosu WhatsApp Channel

AzadliqRadiosu

83.7K subscribers

Verified Channel

About AzadliqRadiosu

Azərbaycanda gizlədilənləri görmək, gerçəkləri qaçırmamaq üçün abunə ol! ❗Veb-sayt - Azadliq.org ❗Instagram - instagram.com/azadliqradiosu ❗Facebook - facebook.com/azadliqradiosu ❗Telegram - t.me/azadliqkanali ❗Youtube - youtube.com/@azadliq-radiosu/ ❗Twitter - twitter.com/RadioAzadliq

Similar Channels

Swipe to see more

Posts

AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 1:29:49 PM

Jurnalistləri Müdafiə Komitəsi "AbzasMedia" jurnalistlərinin siyasi təqibinə son qoymağa çağırır. Qurumun Avropa və Orta Asiya bölməsi iyunun 20-də jurnalistlərə gözlənən hökm öncəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, prokuror AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə daxil olmaqla yeddi jurnalistlə üst-üstə 80 il həbs cəzası istəyib. "Onların işi üzrə gözlənən hökm Azərbaycanın müstəqil medianı əzməsinə dair hökm olacaq", – bunu CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Said deyib. "Oxşar ittihamlarla 20-dək jurnalistin həbsdə olduğu bir vaxtda beynəlxalq ictimaiyyət aydın şəkildə bildirməlidir ki, Azərbaycan media mənsublarını kütləvi şəkildə həbsə göndərərsə, onun üçün heç nə əvvəlkitək getməyəcək", – o bildirib.

Post image
😡 😢 2
Image
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 12:14:13 PM

Azərbaycanın çimərliklərində monitorinq aparılıb, onların bəzilərində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Bu barədə iyunun 19-da Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yay mövsümünə hazırlıq çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, habelə Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə monitorinqlər aparıb: "Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur".

Post image
👍 😢 4
Image
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 4:04:15 PM

İranın nüvə obyektlərinin məhvi Azərbaycana hansı təhdidi yaradacaq? https://youtu.be/LEdT4l7rlXs

😮 🇮🇷 3
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 2:24:22 PM

Türkiyədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılmayıb. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan deyib. Azərbaycan prezidenti İ.Əliyevin iyunun 19-da Türkiyəyə səfəri gözlənir. Səfər çərçivəsində Əliyev və Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində 2023-cü ildə baş vermiş zəlzələdən sonra tikilmiş "Azərbaycan Məhəlləsi"nin açılışında iştirak edəcək.

Post image
🇦🇿 🇦🇲 ❤️ 🇮🇷 12
Image
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 9:29:14 AM

Müxtəlif idman yarışlarının, özəlliklə intellektual oyunların qaliblərinə ayrılan pul mükafatlarının mənimsənildiyi iddia edilir. Söhbət 2006-2023-cü illər boyunca toplam 871 min manatdan çox yeyintidən gedir. Bu üzdən, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb olunublar. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsiylə ittiham verilsə də, həbs olunmayıblar və hökm çıxarılanadək barələrində alternativ qətimkan tədbiri seçilib. Daha ətraflı - https://smarturl.click/7vEDG

🤡 😂 8
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 3:19:48 PM

Siyasi Menecment İnstitutunun direktoru, yarım ildən çoxdur həbsdə olan politoloq Azər Qasımlının məhkəməsi başlayıb. Ancaq ailəsi də, vəkilləri də deyir ki, onlara bu barədə məlumat verilməyib. Siyasi Menecment İnstitutunun rəhbəri A.Qasımlının özünün seçdiyi, istintaq vaxtı onun hüquqlarını müdafiə etmiş vəkilləri olsa da, o, iyunun 18-də dövlət hesabına vəkillə hakim önünə çıxarılıb. Daha ətraflı - https://smarturl.click/vdYVw

👎 😡 😢 🤡 🤦‍♂️ 6
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 10:25:07 AM

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəsində həll yolu tapmağa və Ukrayna lideri ilə potensial görüşə hazır olduğunu bildirib. Rusiyanın iki gün əvvəl Kiyevə endirdiyi dron və raket zərbələri nəticəsində isə ölənlərin sayı 28-ə çatıb. Putin iyunun 18-də Sankt-Peterburqda televiziyada yayımlanan brifinqdə xarici mediaya deyib: "Biz nəinki mövcud münaqişəyə son qoyacaq, həm də uzunmüddətli perspektivdə oxşar vəziyyətin təkrarlanmasının qarşısını almağa şərait yaradacaq bir həll yolu tapmalıyıq". Daha ətraflı - https://smarturl.click/vdYB5

❤️ 🕋 😂 5
AzadliqRadiosu
AzadliqRadiosu
6/19/2025, 8:10:14 AM

"The Wall Street Journal" üç mənbəyə istinadən yazıb ki, prezident Donald Tramp öz köməkçilərinə ABŞ-nin İrana qarşı hücumlarda İsrailə qoşulması planını təsdiqlədiyini, lakin Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini görmək üçün gözlədiyini deyib. "Bloomberg" də məsələ ilə tanış olan mənbələrə istinadən bildirib ki, ABŞ rəsmiləri yaxın bir neçə gündə, ola bilsin, həftəsonu İrana potensial zərbə endirməyə hazırlaşır. Daha ətraflı - https://smarturl.click/Y3pka

🇮🇱 😍 😡 🇮🇷 👍 😎 10
AzadliqRadiosu
AzadliqRadiosu
6/16/2025, 12:12:45 PM

2025-ci il Dünya Blits Komanda Çempionatında amerikalı qrossmeyster, dünya reytinqində ikinci yeri tutan Hikaru Nakamura gözlənilməz məğlubiyyətlə üzləşib. O, 13 yaşlı azərbaycanlı şahmatçı, beynəlxalq usta Xaqan Əhmədə uduzub. Nakamura turnirin ilk günündə ümumilikdə altı oyunda qalib gəlib və çıxış etdiyi güclü WR Chess komandası bütün 12 qarşılaşmada qələbə qazanıb. Ancaq Xaqan Əhməd amerikalı şahmatçını məğlubiyyətə uğradıb. X.Əhməd 13 oyundan 9-unda qalib gəlib. O, “Türk Hava Yolları” komandasını təmsil edir. FIDE həmin qarşılaşmanın videosunu “X” platformasında (keçmiş Twitter) paylaşdıqdan sonra azarkeşlər arasında müzakirələr alovlanıb. Bir istifadəçi yazıb: "Şahmat hamımıza dərs verir." Başqa biri isə istehza ilə bildirib: "İndi Hikaru başlayacaq danışmağa ki, blits şahmat keyfiyyətsizdir və oynamağın mənası yoxdur". X.Əhmədin çıxış etdiyi komanda 1/8 finala vəsiqə qazana bilməyib.

Post image
👍 ❤️ 🐺 🇦🇿 25
Image
AzadliqRadiosu
AzadliqRadiosu
6/16/2025, 1:22:06 PM

ABŞ prezidenti Donald Tramp iyunun 14-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətindən sonra sosial mediada yazıb ki, "Putin də mənim kimi düşünür ki, İsrail-İran müharibəsi bitməlidir". AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qutterman yazır ki, Trampın son qeydi bilərəkdənmi, bilməyərəkdənmi, Moskvanın riyakarlığına işarə edir. Daha ətraflı - https://smarturl.click/L3GMj

😂 🇷🇺 🙏 10
Link copied to clipboard!