
AzadliqRadiosu
February 6, 2025 at 11:29 AM
Bu gün, fevralın 6-da Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) həbs edilib.
Verilən qərarla istintaq qurumunun ( Daxili İşlər Nazirliyi) təqdimatı təmin olunub, Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Vəkil Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb.
“Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”.
Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. “Şahnaz Bəylərqızı özünü təqsirli bilmir, həbsin səbəblərinin ona aydın olmadığını bildirdi”
Bunu vəkil Bəxtiyar Hacıyev deyib.
❤️
🖕
😡
😢
🇵🇸
👍
😮
🙏
🤦♂️
🧏♂️
18