
AzadliqRadiosu
February 23, 2025 at 02:55 PM
🇺🇸🇺🇦ABŞ Prezidenti Donald Tramp fevralın 22-də deyib ki, ABŞ-nin Rusiyanın genişmiqyaslı hücumundan müdafiə üçün Ukraynaya göndərdiyi milyardlarla dolların qaytarılmasını istəyir.
> *"İstəyirəm ki, onlara yatırdığımız bütün pulları qaytarsınlar. Biz nadir metalları və nefti - əldə edə biləcəyimiz hər şeyi istəyirik" - deyə Tramp Vaşinqtonq yaxınlığında keçirilən Konservativ Siyasi Fəaliyyətlər Konfransında deyib.*
Tramp bu şərhi Vaşinqton və Kiyev arasında Ukraynanın mineral resurslarını özündə ehtiva edən razılaşma ilə bağlı danışıqlar fonunda verib. Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq həftənin əvvəlində Kiyevi ziyarət edib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. O bəyan edib ki, Ukrayna Prezidenti ABŞ ilə razılaşmanın imzalanmasının nəticəsini anlayır. Kelloq həmçinin Zelenskini cəsarətinə görə tərifləyib. ABŞ-nin təklif etdiyi razılaşma Vaşinqtona Kiyevə verdiyi yardımların kompensasiyası olaraq Ukraynanın nadir metalları üzərində haqq verir.

😂
😡
👍
❤️
🇷🇺
🇺🇦
🐖
🖕
😈
😢
36