
HR asimos.az
February 7, 2025 at 06:45 AM
Namizəd müsahibəyə hazırlaşdığı kimi, biz HR-lar da hazırlaşırıq!
Müsahibə təkcə namizəd üçün deyil, HR mütəxəssisi üçün də ciddi hazırlıq tələb edir. Namizəd CV-sini nəzərdən keçirir, suallara cavablarını formalaşdırır, şirkəti araşdırır. Bəs biz HR-lar?
✅ Vəzifənin tələblərini və vakansiyanın detalları nəzərdən keçiririk.
✅ Namizədin təcrübəsini və bacarıqlarını dəyərləndiririk.
✅ Doğru suallar hazırlayaraq müsahibəni effektiv etməyə çalışırıq.
✅ Müsahibə zamanı obyektiv və diqqətli olmağa çalışırıq.
Uğurlu müsahibə qarşılıqlı hazırlıq tələb edir! Namizədin doğru işi tapmasına, şirkətin isə ən uyğun əməkdaşı seçməsinə kömək edən bu prosesə həm HR-lar, həm də namizədlər ciddi yanaşmalıdır.