İşə Qəbul və Karyera inkişafı
İşə Qəbul və Karyera inkişafı
February 9, 2025 at 09:13 AM
*İş həyatı və ailə arasında sıxışan birini düşün. Ən ağır seçimlərindən birini etməlisən: karyera və ailə arasında seçim* 👨‍👧🎤 🎵 "_Have you ever loved someone so much, you'd give an arm for?_" Heç kimisə o qədər çox sevmisən ki, onun üçün qolunu belə verə biləsən? Bir qızın var, onu o qədər çox sevirsən ki, onun üçün hər şeyini qurban verməyə hazırsan hətta qolunu-canını belə, amma karyera yolun da səni gözləyir... və bu seçim o qədər çətindir ki, bir gün qızın ailədəki boşluğu anlayır, ailənin birlikdə qalması üçün sənə yalvarır: "_Daddy, where’s mommy? I can’t find mommy, where is she?_" Ailənin dəyəri və karyera arasında seçim etmək... Bir tərəfdən məşhurluğu, digər tərəfdən isə qızını itirmək qorxusu. Bir gün gedəcəyini və ya həyatın dəyişəcəyini hiss edirsən, amma bu yolda necə davam edəcəyini bilmirsən... 🔄 Ailəmizi itirməmək üçün hər şeyimizi qurban verməyə hazırıq, amma həyatın tələbləri də bizi başqa yönə çəkə bilər. Həyatda nələrə önəm verəcəyimizi seçmək, hər zaman ən çətin qərarlardan biridir... Bütün bu hisləri keçirdən biri yaşadıqlarını mahnı halına salır, ona klip çəkir və hislərini bütün dünya ilə öz mahnısında bölüşür. Klip terapiya seansı ilə başlayır, qəhrəmanımız bütün yaşadıqlarını kürsüyə çıxıb anladır və klip youtube üzərindən bugünki günə qədər 1 milyard baxış yığıb. Həmin o mahnı və yazılma hekayəsi belədir: 🎶 *Eminem - When I'm Gone* - elə indi dinləyin, klipə baxın...
👍 ❤️ 3

Comments