HR asimos.az
HR asimos.az
February 13, 2025 at 07:07 AM
İşdən çıxdın, bəs indi nə etməlisən? İşdən ayrılmaq həyatında yeni bir mərhələdir. İstər öz istəyinlə, istərsə də məcburi şəkildə işdən çıxasan, növbəti addımları düzgün atmaq vacibdir. ✅ Sənədləri qaydasına sal – Əmək kitabçan, müqavilən və digər rəsmi sənədlərin tam və düzgün olduğuna əmin ol. ✅ Son ödənişlərini yoxla – Əməkhaqqı, istifadə olunmamış məzuniyyət və digər ödənişlərin hesabına köçürüldüyünü təsdiqlə. ✅ Yeni iş axtarışına başla – CV-ni yenilə, vakansiyaları araşdır, iş görüşmələrinə hazırlaş. ✅ Şəbəkəni genişləndir – LinkedIn-də aktiv ol, keçmiş həmkarlarınla əlaqədə qal, yeni əlaqələr qur. ✅ Özünü inkişaf etdir – Yeni bacarıqlar öyrən, kurslara yazıl, fərdi inkişafına yatırım et. İşini itirmək son deyil, yeni imkanlara açılan bir qapıdır! Sən nə edərdin?

Comments