
İşə Qəbul və Karyera inkişafı
February 14, 2025 at 05:41 AM
Yeni İş Yoldaşı Gəlibsə, Belə Davran!
Təsəvvür et: yeni birisi komandaya qoşulur, ətrafına baxır, hara düşdüyünü anlamağa çalışır. Bu anlarda ona necə kömək edə bilərsən?
🔹 Gülümsə və tanış ol – Adını soruş, özünü təqdim et. İlk gündən ona yadlıq hiss etdirmə.
🔹 Əsas qaydaları başa sal – Hər şey yazılmır. Məsələn, “Bu ofisdə çay süzmək üçün növbə var” kimi sirlər varsa, paylaş.
🔹 Suallarına səbrli ol – Bəli, yenilər çox sual verir. Amma yadına sal, sən də vaxtilə belə idin.
🔹 Komandaya qoşulmasına kömək et – Onu digər həmkarlarla tanış et, nahara və ya qəhvəyə dəvət et.
🔹 Kiçik jestlər böyük fərq yaradır – “İlk gün necə keçdi?” sualı belə, ona dəyər verildiyini hiss etdirər.
Hər kəs bir gün yeni başlayıb. Sənə ən çox kömək edən kim olub?
❤️
👍
3