Axar.az
Axar.az
February 19, 2025 at 06:21 AM
Füzulidə traktor minik avtomobili ilə toqquşub. Hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi “Mersedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun “Belarus 892” markalı traktorla toqquşub. Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Comments