
Axar.az
68 subscribers
About Axar.az
Operativ xəbər portalı Website: axar.az YouTube: https://www.youtube.com/c/AxarazTV Facebook: https://www.facebook.com/axarazxeber Instagram: https://www.instagram.com/axar.az/ Twitter: https://twitter.com/axaraz_
Similar Channels
Swipe to see more
Posts

⚡️II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan edilib.

☀️☀️☀️Avropa meteoroloqları son iki ildə ilk dəfə qlobal istiləşmə sürətinin azaldığını qeydə alıblar. Bu barədə məlumatı "Copernicus" iqlim dəyişikliyi xidməti yayıb. Bildirilir ki, mayda havanın orta temperaturu sənayeləşmə dövrünə qədərki 1.5 dərəcəni üstələməyib. Orta temperatur 15.79 dərəcə təşkil edib ki, bu da sənayeləşmə dövründən əvvəlki səviyyədən 1.4 dərəcə aşağıdır. Üstəlik, bu ilin may ayı meteomüşahidələrin bütün tarixi ərzində beşinci ayın temperaturu üzrə ikinci yeri tutub.

Xaçmazda orta məktəbin döşəməsi çöküb. Hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib. Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib. Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər. "Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

❗️Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər məlum olub. Bildirilib ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Fuad Əlikram oğlu Cənnətov göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə Xaliq qızı İsmayılzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb. Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmət qızı Hümmətli və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimov göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.

▶️İyunun 15-də start götürəcək Klublararası dünya çempionatını ölkəmizdə yayımlayacaq kanal məlum olub. ABŞ-da keçiriləcək çempionatı Azad Azərbaycan (ATV) kanalı yayımlayacaq. Qeyd edək ki, turnirin ilk görüşündə Misir təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb.

🛴 Skuterlərlə bağlı DYP-dən ciddi xəbərdarlıq! Skuter və digər elektrikli fərdi nəqliyyat vasitələrindən istifadənin artması, qaydalara əməl olunmadıqda təhlükəli vəziyyətlərə yol açır. Ən çox rast gəlinən qayda pozuntuları: Bir skuterdə iki nəfərin hərəkəti Səkilərdə və piyada zolaqlarında yüksək sürət İşıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi Gecə vaxtı xəbərdaredici işıq və ya işarə olmadan hərəkət Azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin idarə etməsi Bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, həm də qəzalara və faciələrə səbəb ola bilər. 📢 DYP xatırladır: Skuter – nəqliyyat vasitəsidir, onu idarə edən hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.

Goranboyda kişi zəhərlənərək ölüb. Axar.az xəbər verir ki, Qaradağlı kənd sakini İbrahimov Yavər Ələmdar oğlu yaşadığı evdə zəhərlənərək aparıldığı xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

ABŞ və Çin demək olar ki, iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənməli olan ticarət razılaşmasına nail olub. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Pekinlə müqaviləmiz hazırdır, Çin lideri Si Szinpin və mənim son təsdiqimizə baxır. Çin ABŞ-a nadir torpaq metalları tədarük edəcək”, - o bildirib.

☄️Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

❗️"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə geriləyib. Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır. Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.