
Neftçi PFK
January 31, 2025 at 05:42 PM
Baş məşqçi Samir Abasovun “Şamaxı” ilə oyunsonrası fikirləri:
“Evdə oynamağımıza baxmayaraq, asan oyun yoxdur. Bütün komandalar bir-birindən xal alırlar. Bütün matçlarda bu cür əziyyətlərin olması normaldır. Oyundan razı qaldım. Hər iki hissədə qol epizodları yaratdıq, sadəcə, qola çevirə bilmədik. Mənim üçün ən xoş olan tərəf isə bu gün intizamlı oynamağımız idi. Rəqibə fürsət vermədik. Komandamın bütün çətinliklərin öhdəsindən gəlməsi xoş idi. Kuboka da köklənmişik. Ağır həftələrə gedirik. Üç gündən bir oyunumuz olacaq, kubok matçımız da səfərdədir. Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi. Futbolçulara təşəkkür edirəm. İnanıram ki, yaxşı nəticələrə gəlib çıxacağıq”.
❤️
👍
🙏
25