Hədis-Evi
Hədis-Evi
February 1, 2025 at 05:58 AM
Əbu Həmzə Sumali Zeyd ibn Əlidən, o da atasından (ə) belə nəql etmişdir: İmam Hüseyn (ə) doğulduqda, Allah Cəbrailə (ə) belə vəhy etdi: “Muhəmmədin oğlu olmuşdur. Onun yanına en, onu təbrik elə. Ona söylə ki, Əlinin sənə olan mənziləti Harunun Musaya (ə) olan dərəcəsi kimidir. Odur ki, ona Harunun oğlunun adını qoy!”. Cəbrail (ə) endi, ona Allah tərəfindən təbrik söylədi, sonra dedi: “Allah sənə əmr edir ki, körpəyə Harunun oğlunun adını qoyasan”. Peyğəmbər (s) soruşdu: “Onun adı nə idi?”. Cəbrail (ə) dedi: “Şəbir idi”. Peyğəmbər (s) dedi: “Axı, mənim dilim ərəbcədir”. Cəbrail (ə) dedi: “Ona “Hüseyn” adını qoy!”. (İləluş-Şəraye, cild 1, səh 202, hədis 5.) https://t.me/Shia_Hadis
❤️ 7

Comments