Hədis-Evi
Hədis-Evi
February 2, 2025 at 03:00 AM
İmam Hüseyn (ə) buyurub : Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kə’b də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti! Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi: Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?! Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq Peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır. (Uyunu əxbarir-Riza, cild 1, səh 59, hədis 29.) https://t.me/Shia_Hadis
❤️ 👍 8

Comments