Hədis-Evi
Hədis-Evi
February 7, 2025 at 02:42 PM
Əbu Səid Müqri belə nəql edir: “Üsamə ibn Zeyd mənə dedi: “Allah rəsulu (s) ilin bəzi günlərini o qədər oruc tuturdu ki, o Həzrətin (s) bir də yemək yeməyəcəyini güman edirdik. Bəzən də o qədər oruc tutmurdu ki, o Həzrətin (s) bir də oruc tutmayacağını düşünürdük”. Soruşdum: “Heç olubmu ki, Peyğəmbərin (s) digər aylarda o qədər oruc tutmamasına rəğmən hansısa ayda daha çox oruc tutduğunu görəsən?” Üsamə dedi: “Bəli, olub”. Soruşdum: “Hansı ayda?” Üsamə dedi: “Şaban ayında. Peyğəmbər (s) belə buyurardı: “Şaban elə bir aydır ki, insanlar bu aydan Rəcəblə Ramazan aylarının fasiləsində qafil olurlar. O, bir aydır ki, onda insanların əməlləri aləmlərin Rəbbinin hüzuruna aparılar. Əməllərim ilahi dərgaha gedərkən oruc olmağı sevirəm”. (Fəzailul-əşhuris-səlasə, Şaban ayının fəzilətləri, səh 51.) https://t.me/Shia_Hadis
❤️ 👍 6

Comments