
Hədis-Evi
February 28, 2025 at 04:45 AM
Əbu Səlt Hərəvi deyir ki, şaban ayının son cümə günündə İmam Rzanın (ə) yanına daxil oldum. İmam (ə) mənə belə buyurdu:
Ey Əbu Səlt, şaban ayının çoxu gedib və bu onun sonuncu cüməsidir. Bu ayın keçmiş günlərində etdiyin səhlənkarlıqları bu ayın qalan günlərində düzəltməyə çalış. Sənə aid olan (faydalı) işlərə üz tut, sənə aid olmayan (faydasız) işləri isə tərk et. Dua etməyi, Allahdan bağışlanma diləməyi və Quran oxumağı çoxalt. Etdiyin günahlardan Allaha tövbə et ki, Allahın ayı (Ramazan ayı) gəldikdə izzət və cəlal sahibi olan Allaha ixlaslı halda olasan. Boynunda olan əmanətləri qaytar, möminlərə qarşı qəlbindəki kini aradan apar, mürtəkib olduğun günahdan özünü azad et, Allahdan qorx. Gizli işlərində və aşkarda Ona təvəkkül et. Hər kim Allaha təvəkkül etsə, Allah o şəxsə kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir qədər (ölçü) təyin edib. (Təlaq surəsi, ayə 3.)
Bu ayın qalan son günlərində bu sözü çoxlu de:
Allahummə! İn ləm təkun ğəfərtə ləna fíma məza min şəban, fəğfír ləna fima bəqiyə minhu.
(Tərcüməsi: İlahi, şaban ayının keçmiş günlərində bizi bağışlamamısansa, onun qalan günlərində bizi bağışla.)
Həqiqətən, uca və pak olan Allah bu ayda Ramazan ayının hörmətinə görə çoxlu insanları cəhənnəm odundan azad edir”.
(Uyunu-əxbarir-Rza, cild 2, səh 51.)
https://t.me/Shia_Hadis
❤️
👍
5