
Mir.az kitab 🇦🇿
February 14, 2025 at 07:26 AM
Əvvəla, hər birinizi Kitab Bağışlama Günü münasibətilə təbrik edirəm! Bəlkə də bizim üçün ən gözəl sevgi elə kitablardır.
Dünən Sumqayıtda Turqut Özakmanın "Ocaq" tamaşasına baxmağa getmişdim. Teatra bir kitab hədiyyə edib tamaşaya keçdik. "Niyə bizə demədiniz? Gəlib kitabınızı alardım!" deyən oxucularım üçün qeyd edim ki, dünən Sumqayıtdakı London Bookcafé-yə öz kitablarımı hədiyyə etdim. İstəyənlər kafeyə yaxınlaşıb bir fincan kofe içə-içə kitabı oxuyub sonra yerinə qoya bilərlər.
Gələk əsas məsələyə. Dünən yazıçı Əli Rzazadə ilə tanış oldum. Bir çoxunuz onun kitablarını mənə tövsiyə etmişdiniz. Elə mənim üçün də onun qələmi maraqlı idi. Tanışlıq dünənə qismət imiş. Öz kitabımı ona hədiyyə etdim. Sağ olsun, oxuyub fikirlərini bölüşdü. Hörmət və ehtiramla onu sizlərə də təqdim etmək istədim. ❤️

❤️
👍
🫠
😍
🍀
☘️
🎀
🎉
👏
💕
108