Mir.az kitab 🇦🇿 WhatsApp Channel

Mir.az kitab 🇦🇿

3.9K subscribers

About Mir.az kitab 🇦🇿

Reklam və işbirliyi üçün: 055-283-40-10 Bilmək Hər Şeyi Dəyişir. Qrupda faydalana biləcəyiniz mövzular: https://whatsapp.com/channel/0029VaD46Lk89inpQWEQbU1W/489 Əsas qrup: https://chat.whatsapp.com/GK9BXsQChzn1qvDJPnCi6K Kanalda aktiv olanları əsas qrupa qəbul edirik. 👆❤️

Similar Channels

Swipe to see more

Posts

Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/15/2025, 8:23:54 PM

Artıq sayt,cam olaraq yox, .az yazaraq da daxil ola bilərsiniz. Lexico.az

👍 ❤️ 🙏 ♥️ 👏 💕 😢 🦋 🩶 43
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/16/2025, 3:56:00 AM

Azərbaycan yazıçıları seriyamızda bu dəfə: Anar Rəsul oğlu Rzayev (d. 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist və Azərbaycan Yazıçılar Birliyinin sədridir. O, Azərbaycan Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. Anarın valideynləri tanınmış ədiblərdir. Atası Rəsul Rza, anası isə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslinə mənsubdur. Anar 1945-ci ildə Bülbül adına musiqi məktəbinə daxil olmuş və 1955-ci ildə oranı gümüş medalla bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. O, eyni dövrdə Zemfira Səfərova ilə tanış olmuş, 1962-ci ildə evlənmişlər. Onların iki övladı var: oğulları Tural ərəbşünas və diplomat olaraq Azərbaycanın Misirdəki səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetində şərqşünaslıq üzrə təhsil almışdır.

Post image
👍 ❤️ 🍀 ☘️ 💕 💙 💚 😍 🤍 71
Image
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/14/2025, 4:20:02 PM

Əslində, cəmiyyət və millət olaraq içimizdə pis insanlar çox azdır. Sadəcə, pisliyin təsir qüvvəsi daha güclü olduğu üçün tez-tez "Ə bizim millət belədir" deyirik. Məsələn, hər 10 məmurdan biri ölkəni talasa, büdcədə pul qalmaz. Və ya insanlarla münasibətlərə baxaq: əgər siz 10 nəfərə "Mən bunu xoşlamıram" desəniz, onların 9-u bunu etməyəcək. Amma o bir nəfər var ha… Bax, o, sizin həyatınızı çətinləşdirəcək. Sizi ən zəif nöqtənizdən vurmağa çalışacaq. Nə qədər başa salmağa çalışsanız da, faydası olmayacaq. Hətta hər dəfə izah etdikcə, o mövzu 10 yox, 100 dəfə üzərinizdən keçmiş kimi olacaq. Bu proses sizdən o qədər enerji aparacaq ki, bir müddət sonra "Bizim millət belədir" fikri beyninizə həkk olunacaq. Daha sonra başqa birisi təsadüfən həmin şeyi edəndə, artıq bunu qəsdən etdiyini düşünəcək və ona qarşı sərt reaksiya verəcəksiniz. Halbuki kompromisə getmək, güzəşt etməyi bacarmaq gözəl xüsusiyyətdir. Sadəcə, bu güzəşti layiq olan insanlara göstərmək lazımdır. Əks halda, sistemə düşən bir virus bütün əhvalınızı poza bilər. Unutmayın, bu dünyada gözəl insanlar hələ də var. Onları tapmaq və dəyər vermək lazımdır. Bəzən insanlar tək bir pis təcrübəyə əsaslanaraq bütün cəmiyyət haqqında mənfi qənaətə gəlir. Halbuki hər yerdə, hər toplumda yaxşı və pis insanlar var. Sadəcə, bizim beynimiz mənfini daha güclü qəbul edir. Bir nəfərin pisliyi yüz nəfərin yaxşılığını kölgədə qoya bilir. Çünki pislik gözə daha tez çarpır, insanın enerjisini sorur və uzun müddət unudulmur. Buna görə də, insan hansı münasibətləri dəyərləndirəcəyini bilməlidir. Pis bir insanın davranışı üzündən hər kəsdən şübhələnmək, insanlara qarşı sərhədsiz bir qoruyucu divar hörmək doğru deyil. Çünki bu divar təkcə sizi pis insanlardan yox, yaxşı insanlardan da uzaq salır. Əslində, həyatın balansı da buradadır: kimlərəsə güzəşt etmək, kimlərəsə sərhəd qoymaq, kimlərəsə fürsət vermək və kimlərdən isə uzaq durmaq. Çünki nə qədər yaxşı niyyətli olsanız da, hər insana eyni dəyəri verəndə, yanlış insanlara da bu fürsəti tanımış olursunuz. Onlar isə bu güzəştdən sui-istifadə edəcək. Və beləcə, həyatınızda lazımsız enerji itkisi baş verəcək. Buna görə, əsas məsələ insanları seçməyi bacarmaqdır. Bir yanlış insana sərf etdiyiniz enerji, bəlkə də sizi gözləyən, sizə dəyər verəcək doğru insanlardan uzaq düşməyinizə səbəb olur. Əslində, cəmiyyətlə bağlı ümumi qənaətlərimiz də bu fərdi seçimlərdən formalaşır. Əgər həyatımızı bizi dəyərsizləşdirən, enerjimizi soran insanlarla doldururuqsa, cəmiyyət haqqında da mənfi düşüncələr formalaşdırırıq. Amma doğru insanları tapıb onlara fokuslananda, dünya gözəl görünməyə başlayır. Ona görə də, gəlin enerjimizi bizə dəyər verən, qarşılıqlı hörmətə və anlayışa əsaslanan münasibətlərə sərf edək. Çünki dünya, həqiqətən, yaxşı insanlarla gözəldir. Sadəcə, onları tapmaq üçün vaxt və səbr lazımdır. -Uraqan Abdullayev

Post image
❤️ 👍 ☘️ 👏 💙 🤍 ♥️ 💕 🙏 76
Image
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/15/2025, 4:02:37 PM

Aktivliyinizi görüb bu dəfəki paylaşımı instagramda etdik. Diqqətin azaldığını görsək kanalı bağlayıb digər platformadakı istifadəçilər üçün maraqlı məlumatlar hazırlayacağıq. Məncə gec olmadan dəyərləndirin bizi... https://www.instagram.com/reel/DGGTt2JttQW/?igsh=MWZtMjFtM2E4bzMyZg==

❤️ 👍 🥹 😢 🥲 🙏 💅 💔 💕 💖 87
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/14/2025, 6:49:43 PM

Sonuncu canlı yayımımızda Müşfiq Ötgün bəyə sual verdim ki, insanlara məsləhətlər verəsi olsaydınız bunlar hansılar olardı? İlk başda məsləhət vermək istəmədiyini bildirsə də, yekunda "özünə rəva bildikləri" adı altında açdıq xəzinəsinin gizli qapılarını: 1. Xeyir əməllər 2. Xeyir əməllər 3. Quran oxumaq 4. İbadət 5. Oruc 6. Qurban kəsmək Videonun tamamını izləmək istəyənlər aşağıdakı linkə keçid edə bilər. ❤️ https://www.youtube.com/live/hs3QsCaUrs4?si=4oYIDAWQriH2Jfmt

❤️ 👍 🙏 🤍 💕 💖 🤲 🩶 90
Video
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/14/2025, 7:26:13 AM

Əvvəla, hər birinizi Kitab Bağışlama Günü münasibətilə təbrik edirəm! Bəlkə də bizim üçün ən gözəl sevgi elə kitablardır. Dünən Sumqayıtda Turqut Özakmanın "Ocaq" tamaşasına baxmağa getmişdim. Teatra bir kitab hədiyyə edib tamaşaya keçdik. "Niyə bizə demədiniz? Gəlib kitabınızı alardım!" deyən oxucularım üçün qeyd edim ki, dünən Sumqayıtdakı London Bookcafé-yə öz kitablarımı hədiyyə etdim. İstəyənlər kafeyə yaxınlaşıb bir fincan kofe içə-içə kitabı oxuyub sonra yerinə qoya bilərlər. Gələk əsas məsələyə. Dünən yazıçı Əli Rzazadə ilə tanış oldum. Bir çoxunuz onun kitablarını mənə tövsiyə etmişdiniz. Elə mənim üçün də onun qələmi maraqlı idi. Tanışlıq dünənə qismət imiş. Öz kitabımı ona hədiyyə etdim. Sağ olsun, oxuyub fikirlərini bölüşdü. Hörmət və ehtiramla onu sizlərə də təqdim etmək istədim. ❤️

Post image
❤️ 👍 🫠 😍 🍀 ☘️ 🎀 🎉 👏 💕 108
Image
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/13/2025, 9:44:59 AM

Sıradan Adam, Sıradan Adam Bax, gəlir sürünən adam, sürünən adam Dəvət edin içəri, sevimli adam Çünki bizim sürüdən adam, sürüdən adam Bir addım sağa Çıxdım sıradan, deməli sağam Mən deməli varam, deməli dünyanın gözünə dağam Çünki mənim yox ağam və gözlərim açılıb Qandalım qırılıb, qollarım azad O biri qulların əllərini açıram Yadam özgəyəm hamınıza Keçdim sərhədlərdən Nəyi düşünmək olar və danışmaq olmaz Qadağan bütün hədlərdən Sənə öyrədilənləri unut dedim Amma öyrədilənləri uddun Sənə göstərilənlər göstəridi dedim Amma göstərilənlərdən qorxdun Deməli quyudasan, qorxdun, deməli dərədəsən Keyfiyyətli pendiri sənə pulsuz verirlərsə, tələdəsən Qorxdun, deməli sürüdəsən, qamçılayıb sürəcəklər Canavar adıyla qorxudub Sonda elə çoban yeyəcək səni... https://youtu.be/ivr6-9fjlR0?si=rJaYatKDfWPO-TKr

Post image
👍 ❤️ 🌸 🌹 🎀 💎 💕 💙 😐 63
Image
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/13/2025, 9:12:13 AM

*Kəramət Böyükçöl* Azərbaycan ədəbiyyatının ən qalmaqallı simalarından biri. Yazıçı, publisist, bəzən də özünü heç bir qəlibə sığdırmayan bir söz adamı kimi təqdim edən Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişlinin Əliqulular kəndində dünyaya gəlib. Səbail rayonu 51 saylı orta məktəbdə təhsil alıb, daha sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Onu geniş ictimaiyyət ilk dəfə ANS TV-də səsləndirdiyi erotik şeirlə tanıdı. Bu cəsarətli çıxış onun adını gündəmə gətirdi və Böyükçölə "ədəbi provokator" imici qazandırdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldu, amma çox keçmədən – 2015-ci ildə sərt tənqidlərinə görə ordan uzaqlaşdırıldı. Sərt mövqeyi, açıq danışığı və qeyri-ənənəvi üslubu ilə tanınan Böyükçöl 2020-ci ildə sosial şəbəkələrdə hökuməti və bəzi tanınmış simaları sərt tənqid etdiyi canlı yayımın ardından polis tərəfindən saxlanıldı. Hadisə rezonans doğurdu, Böyükçöl bir gün sonra sərbəst buraxıldı və məcburi tibbi müalicəyə cəlb olundu. 2021-ci ildə sağlamlıq problemləri səbəbindən təkrar xəstəxanaya yerləşdirildi və üç həftə sonra müalicəsini tamamlayaraq çıxdı. Ədəbi yaradıcılığına gəldikdə, Kəramət Böyükçöl fərqli üslubu ilə seçilir. "Çöl", *"Səkkizinci gün"*, *"Məni kim tapa bilər?"*, *"Əlqəmə"*, *"Elçibəyin sirri"*, *"Səs"*, *"Fərarinin həyat sevgisi"* və *"Pozğun"* kimi kitabları ilə oxuculara tanışdır. Son illərdə o, həm yazıçılıq, həm publisistika, həm də kitab satışı ilə məşğuldur. Uzun müddət səyyar kitab satıcısı kimi fəaliyyət göstərdikdən sonra 2024-cü ilin yanvarında öz kitab mağazası – *Kerazon*un açılışını etdi. Hələ də Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid edir, mövqeyindən geri çəkilmir. Onun ədəbiyyata, cəmiyyətə və həyata baxışı, şübhəsiz ki, mübahisəli olsa da, Kəramət Böyükçöl çağdaş Azərbaycan ədəbiyyatında müzakirə olunan, diqqət çəkən və unudulmayan simalardan biridir. https://lexico.sayt.cam/sexsler/26973-kramt-boyukcol.html

❤️ 👍 💕 💙 😐 🩷 39
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/13/2025, 12:37:30 PM

*"30 gümüş"* ifadəsi İncil mənşəlidir və xəyanətin, satqınlığın rəmzi kimi işlənir. Bu ifadə, İsanın şagirdlərindən biri olan *Yəhuda İskaryotun* ona xəyanət edərək 30 gümüş sikkə qarşılığında dini rəhbərlərə satması ilə bağlıdır. *İncilə görə hadisə necə baş verib?* *Matta 26:14-16* və digər sinoptik İncillərdə (Mark, Luka) qeyd olunduğu kimi, Yəhuda İskaryot İsanı Roma hakimiyyətinə təhvil vermək üçün yəhudi baş kahinləri ilə sövdələşir. Onun xəyanətinin "dəyəri" isə 30 gümüş sikkə olur. Daha sonra o, Getsemani bağında İsanı öpərək romalı əsgərlərə göstərir və nəticədə İsa həbs edilir. Xəyanətinin vicdan əzabına dözə bilməyən Yəhuda həmin pulları geri qaytarmaq istəyir, lakin baş kahinlər bunu rədd edirlər. Bundan sonra Yəhuda pulu məbədə ataraq özünü asır (*Matta 27:3-5*). Baş kahinlər bu pulla "Dulusçunun tarlası"nı alaraq onu yadellilər üçün məzarlığa çevirirlər. *Etimologiya və simvolizm* - *30 gümüş*, xəyanətin konkret qiymətə satılması ideyasını simvollaşdırır. - İbrani və Roma hüquq sistemində 30 gümüş sikkə bir qulların dəyərinə bərabər idi (Çıxış 21:32). Bu, Yəhudanın İsanı adi bir qul qiymətinə satması kimi yozulur. - Tarix boyu bu ifadə *satqınlıq, xəyanət və vicdanın pulla satılması* mənasında işlədilib. Bu gün "30 gümüş" ifadəsi kiminsə maddi qazanc uğrunda dostunu, xalqını və ya mənəvi dəyərlərini satması mənasında metaforik olaraq istifadə edilir.

Post image
👍 ❤️ 😮 🩷 🌚 🌠 🌸 👀 💕 💙 80
Image
Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
2/15/2025, 2:20:01 PM

Kanala diqqətiniz azalıb deyə bizim də yeni və maraqlı paylaşımlar etməyə qarşı həvəsimiz azalıb. Niyə belə diqqətsizik? 🤔🥲

❤️ 😢 👍 😮 🥲 👀 🙏 🙄 😕 131
Link copied to clipboard!