Mir.az kitab 🇦🇿
Mir.az kitab 🇦🇿
February 16, 2025 at 03:56 AM
Azərbaycan yazıçıları seriyamızda bu dəfə: Anar Rəsul oğlu Rzayev (d. 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist və Azərbaycan Yazıçılar Birliyinin sədridir. O, Azərbaycan Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. Anarın valideynləri tanınmış ədiblərdir. Atası Rəsul Rza, anası isə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslinə mənsubdur. Anar 1945-ci ildə Bülbül adına musiqi məktəbinə daxil olmuş və 1955-ci ildə oranı gümüş medalla bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. O, eyni dövrdə Zemfira Səfərova ilə tanış olmuş, 1962-ci ildə evlənmişlər. Onların iki övladı var: oğulları Tural ərəbşünas və diplomat olaraq Azərbaycanın Misirdəki səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetində şərqşünaslıq üzrə təhsil almışdır.
Image from Mir.az kitab 🇦🇿: Azərbaycan yazıçıları seriyamızda bu dəfə:  Anar Rəsul oğlu Rzayev (d....
👍 ❤️ 🍀 ☘️ 💕 💙 💚 😍 🤍 71

Comments