
Mir.az kitab 🇦🇿
February 18, 2025 at 05:18 AM
Heç "Eşşək nə bilir, zəfəran nədir?" deyimində uzunqulaqla zəfəran arasındakı əlaqə haqqında düşünmüsünüzmü? İş orasındadır ki, bu deyimin ilkin formasında "zəfəran" deyil, "zərli palan" (palan - minik üçün istifadə olunan heyvanların belinə qoyulan içi saman və ya küləşlə dolu primitiv yəhər) işlənirdi. Zaman keçdikcə həmin ifadə "zər-palan" formasını almış, sonra isə təhrif olunaraq "zəfəran" sözünə çevrilmişdir.
Həmçinin dilimizdə təhrif olunan digər yanlış sözlər, atalar sözləri və misallar da var. Bir millətin düşüncəsiniz darlaşdırmaq üçün onun sözlərindəki mənaları çevir, sözlərini təhrif et, izin ver ki, bir-birlərini yanlış anlasınlar, ya da heç nə anlamasınlar:
❌Eşşək nə bilir zəfəran nədir? (Eşşəkdən başqa bütün heyvanlar zəfəranın nə olduğunu anlayırmı?)
☑️Eşşək nə bilir zər palan nədir?
❌Gözələ baxmaq savabdır. - (təsəvvür edin biri gəlib camaatın arvadına baxır, gözünü çəkmir, əri gəlib soruşur kimə baxırsan. Deyir gözələ baxmaq savabdır. Qan düşür)
☑️Gözəl baxmaq savabdır.
❌Yol böyüyün,su kiçiyin.(ədalətli bölgü olsun deyə suyu kiçiyə veriblər, amma su içəndə də bir yol növbəsi var)
☑️Yol böyüyün,suç (günah) kiçiyin.
❌Tələsən təndirə düşər.(sənin təndirin qırağında nə işin var? Təndirə niyə düşəsən)
☑️Tələsən tərsinə düşər.
❌Şərikli malın olunca,şərikli arvadın olsun.(siblingsin nə olduğunu bilənlərə salam olsun)
☑️Şərikli malın olunca,şərikli arvatın(çəki daşı) olsun.
❌Su içənə ilan belə toxunmaz.(ilan deyir, yox mən gördü, çay içir, soxalımmm)
☑️Su içən ilana belə toxunmazlar.
❌Düz düzdə qalar.(və beləcə dürüst olmaq xüsusiyyətimi öldürürlər)
☑️ Düz düz də qalar.

👍
😂
❤️
✨
😮
🤌
👏
🤍
🤣
🫶
179