
Mir.az kitab 🇦🇿
February 21, 2025 at 10:33 AM
Hiss edəndə ki, sevdiyiniz adamla ünsiyyət sizi doyuzdurmur, hər fürsətdə qaçıb gedir, sorğulayın belə münasibəti. Biri var vitaminli yeməklər, biri də var sıradan çərəzlər. Nə çərəz yeyin, nə də özünüzü çərəz yerinə qoymayın ki, sizi boşluq doldurmaq üçün istifadə etsinlər. Yanlış bir insanla birlikdə olmaqdansa yalnız bir insan olmaq daha yaxşıdır.
Əgər yaxşı insanlar tapa bilmirsinizsə, deməli, özünüz yetərincə yaxşı insan deyilsiniz. "Axmaqlar həmişə məni tapır" deməyin, taylı tayını tapar. Sərhədlərinizi təyin edin, sizə uyğun insanlar buna əsasən qarşınıza çıxacaq. Amma sərhədlər elə dəmir barmaqlıqlara çevrilməsin, yoxsa özünüzü azadlıqda həbs edərsiniz.
Həyatda bəzi insanlar var ki, sizdən yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edirlər. Amma insan *resurs* deyil ki, ehtiyatı tükəndikcə kənara atılsın. Siz kiminsə enerjisini yığmaq üçün qoyduğu güc bankı deyilsiniz.
Unutmayın: Əgər kimsə sizi daim ikinci plana atırsa, deməli, onların ilk planında heç vaxt olmamısınız. İnsanlar sevdiklərini vaxt sıxlığında belə unutmur, amma unutduqlarına həmişə bəhanə tapırlar. O bəhanələri qəbul edib özünüzü aldatmayın.
Sərhəd qoymaq təkcə insanlardan qorunmaq üçün deyil, həm də özünüzü dəyərli saxlamaq üçündür. Hər qapını döymək sizi içəri buraxdırmaz. Hər qəlbə yol tapmaq sizi sevilən etməz. Hər münasibət sizə xoşbəxtlik qazandırmaz.
Ona görə də bir az seçici olun. Sizi yalnız ehtiyac üçün axtaranları tanıyın və onların gözündə pulsuz servisə çevrilməyin. Çünki dəyərsiz görünmək bir müddət sonra doğrudan da dəyərsiz hiss etdirməyə başlayır. Və bu hissin yox olması üçün başqasının təsdiqinə ehtiyac duymamalısınız. Öz dəyərinizi başqalarının rəyi ilə ölçsəniz, onların hər dəyişən fikri ilə ucuzlaşarsınız.
Mənim dediklərimi isə quran ayəsi kimi yox, anlıq situasiya kimi qəbul edib yerinə görə dəyərləndirməyə çalışın. Çünki həqiqət belədir: Hər şey hər kəs üçün eyni olmur. Birinə dərman olan, digərinə zəhərdir. Heç kimə və heç nəyə ifrat bağlılıq göstərməyin. Çünki kiminsə kölgəsində böyüyən ağac heç vaxt tam boy atmaz.
-Uraqan Abdullayev

❤️
👍
😢
🤍
☘️
♥️
✨
❤🩹
🇦🇿
💕
84